ABŞ Prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FES) başçısı postuna Cerom Pauelin namizədliyini irəli sürüb. Onun namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonar Pauel gələn ilin fevralından vəzifəsinin icrasına başlaya bilər.
Bəs FES-nin başına yeni rəhbərin gətirilməsi hansı yeniliklərə səbəb olacaq? Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bildirib ki, Cerom Pauel Janet Yellenin 2014-cü ildən rəhbərlik etdiyi FES-in idarə heyətinin üzvüdür və o, ABŞ-ın monitar siyasəti ilə bağlı müzakirələrdə dəfələrlə Yellenin mövqeyini müdafiə edib: “Görünən budur ki, FES-in yeni rəhbəri ABŞ-ın monetary siyasətini eyni şəkildə davam etdirəcək. Seçki qabağı kampaniya zamanı Yellenin fəaliyyətini ciddi tənqid edən Tramp Pauelin namizədliyini irəli sürərkən Yellenin öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyini qeyd edib. Sual olunur ki, əgər Yellen öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlirsə və praktik olaraq Pauel Yelenin yürütdüyü siyasəti davam etdirəcəksə, onda bu dəyişiklik nəyə lazım idi? Anlaşılan odur ki, Yellendən fərqli olaraq, Pauel “sözəbaxan” rəhbər olacaq. Bu isə Trampı qane edən bir məqamdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?