Vahid Əhmədov: Azərbaycanda bank- maliyyə sektorunda vəziyyət çox ürəkaçan deyil
Milli Məclisin deputataı Amerikanın Səsinə müsahibəsində ölkədə pul-kredit siyasətindən danışıb
“Pul-kredit və bank-maliyyə sistemində çox ciddi problemlər qalmaqdadır. Cənab prezident qeyd edib. 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub”. Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sdözlərinə görə, hazırda ölkədə banklarda kredit faizi 25-30, Mərkəzi Bankın uçot stavkası 15 faizdir.
“Bu MDB məkanında ən yüksək faizdir. Azərbaycanda qarşıda duran əsas məslələrdən biri bank sisteminin sağlamlaşdırılmasıdır”, deputat qeyd edib.
Əhmədovun fikrincə, bank sistemində sağlamlaşdırma aparılması zəruridir.
“Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sağlamlaşdırılması ilə bağlı işlərə başladı, amma sona çatdırmadı. Palata bankların bağlanmasına üstünlük verir. Bu da yeni problemlər yaradır. “Standart” Bankı bağlayıblar. İndi bank əhalinin 157 milyon manat miqdarında əmanətlərini qaytara bilmir. Biz bankların bağlanmasının yox, birləşməsinin tərəfdarıyıq”, deputat qeyd edib.
Deputat Mərkəzi Bankın pul siyasəti ilə də razı deyil.
“Mərkəzi Bankın apardığı siyasət nəticəsində dövriyyədəki pul kütləsi 11,6 milyard manatdan azalaraq 8 milyard manata düşüb. Bu ölkədə infilyasiyanın qarşısını alırsa, iqtisadiyyatın inkişafına təkan vermir”, o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?