Azərbaycanda iqtisadi böhranın dərinləşməsində və islahatların düşməni rolunda iki yüksək çinli məmur ittiham olunur
Mərkəzi Bank sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov böhranın aradan qaldırılmasını tormozlamaqda təqsirli bilinirlər.
Baş bankirlə nazir iki devalvasiyadan sonra hər hansı islahat paketi və yaxud manatın kursunu qorumaq barədə təkliflə çıxış etməyib.
Ölkə rəhbərliyinin də onların fəaliyyətindən narazı qaldığı xəbər verilir. S.Şərifov maliyyə-bank sektorundakı vəziyyət haqda heç bir stimulverici addım atmır.
Əksinə, nazirin adı məhkum bankir Cahangir Hacıyevlə çəkişmədə hallanır. E.Rüstəmov da devalvasiya barədə “ağzına su alıb oturub”. Baş bankirin susqunluğu anlaşılan deyil.
Artıq Milli Məclis üzvləri də hər iki məmuru tənqid etməyə başlayıblar. Deputatlar vəziyyətin yaranmasında MB sədri və maliyyə nazirini ittiham edirlər.
Politika.Az xəbər verir ki, bank sektorunu çətin vəziyyətə salan Rüstəmov və maliyyə sarıdan durumunu ağırlaşdıran Şərifov hakimiyyətin qəzəbinə tuş gəlib.
Deputat İlham Əliyev deyib ki, Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəkarı Mərkəzi Bankdır. Onun sözlərinə görə, maliyyə bazarında yaranan problem zamanı bankların lisenziyanın ləğv edilməsi nəticəsində insanlar əziyyət çəkir:
“Bir də görürsən ki, hansısa banka etimad göstərilir və əhali başlayır orada əmanət yerləşdirməyə. Amma bir müddət keçəndən sonra həmən bankın lisenziyası yenidən ləğv edilir və bu zaman əziyyət çəkən yenə vətəndaş olur”.
İ.Əliyev birbaşa MB-ı günahlandırıb və açıq şəkildə baş bankirin üzərinə gedib. Deputat Vahid Əhmədov isə Maliyyə Nazirliyini qınayıb: “Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır.
Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır.
Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır
Qeyd edək ki, hər iki deputatın çıxışı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında olub.
Görünən budur ki deputatlar da hər iki məmuru suçlamaqla ölə rəhbərliyinin onlardan narazı olduğuna eyham vururlar. Prezidentin həm Rüstəmov. Həm Şərifovdan ayrı gözləntiləri var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?