Dünyanın zərgərlik üzrə ekspertləri heyrətləniblər
Onlardan biri, Filipp Rutberq deyib: "Sözün açığı, mən şokdayam". Səbəb isə nefritin ən nadir formalarından biri sayılan jadeitdən hazırlanmış iki qolbağın ağlagəlməz, rekord qiymətə satılmasıdır. Mail Online-a istinadənxəbərə görə, zahirən ucuz, plastik bijuteriyaya bənzəyən qolbaqlar Birmada çıxarılmış jadeitdən hazırlanıb. Zümrüd rəngli qolbaqlar 5,787 milyon dollara satılıb.
Qolbaqlar Honkonqdakı Tyançen Beynəlxalq Hərraclar Evində satışa çıxarılmışdı.
Hərrac evinin zərgərlik əşyaları departamentinin rəhbəri Ellen Sin deyib: "Keyfiyyətli jadeitlərin 99 faizi Birmada çıxarılır. Bu qolbaqlar da Birma jadetitindən hazırlanıb. Lakin istənilən halda qolbaqların satıldığı qiymət fenomenal, ağlagəlməzdir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?