ANS PRESS-in məlumatına görə, İngiltərədə əşyaları lüks formada bəzşəməsi ilə məşhur olan “Goldgenie” şirkəti daha bir yeniliyə imza atıb. Şirkət əsas hissəsi 24 əyar qızıldan ibarət velosiped hazırlayıb.
Kişilərin üçün nəzərdə tutulan dağ velosipedinin qiyməti 400 min dollar dəyərindədir. Velospiedin sükan hissəsindən tutmuş, hərəkət edici hissəsi olan zəncirlər və pedalları da qızılla təchiz olunub.
İngiltərənin “Daily Mail” qəzeti sözügedən velosiped haqqında xəbəri “Ferraridən bahalı velosiped” olaraq təqdim edib və artıq şirkətə onlarla sifariş qəbul olub.
Sorğu
Yeni dizaynımız necədir?