GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Maaş və pensiyalarda artımla bağlı bədbin proqnozlar

Maaş və pensiyalarda artımla bağlı bədbin proqnozlar

Tarix: 24-11-2017, 11:23 Bölmə :İqtisadiyyat Baxış: 626
Maaş və pensiyalarda artımla bağlı bədbin proqnozlar


İqtisadçılar 2018-ci ilin may ayında bunu mümkün sayırlar, çünki...

Azərbaycanda minimum əmək haqqı, pensiyaların minimum məbləği və yaşayış minimumu həddi tədricən artırılacaq. Bu məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur. Bununla yanaşı, əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bəs görəsən, gələn il əmək haqqı və pensiyalar nə qədər artırıla bilər? Bununla bağlı konkret rəqəm varmı?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkə qanunvericiliyinə görə, hər il rəsmi inflyasiya qədər indeksləşmə aparılır: “Minimum əmək haqqı və təqaüdlərin indeksləşməsi həyata keçirilir və buna uyğun olaraq da büdcədən maliyyələşən qurumlarda əməkhaqqı və ümumiyyətlə, təqaüdlərin yenidən hesablanması işi aparılır. Bu günə olan rəsmi inflyasiya rəqəmi 13,8 faizdir. Noyabrın sonu və dekabrda da rəsmi rəqəm çox böyük ehtimalla 13-14 faiz arasında olacaq. Dəqiq bilinən odur ki. bu faiz üzərindən indeksləşmə aparılacaq. Lakin büdcədə maaş və pensiyaların artımı üçün əlavə vəsait nəzərdə tutulmayıb. Ola bilər ki, neftin qiyməti indiki səviyyədə qalsa, may ayında büdcəyə yenidən baxılarkən maaş və pensiyalar artırıla bilər. Bu, Azərbaycanda mövcud olan pis bir ənənədir ki, büdcəyə il ərzində yenidən baxılır. Əslində normal proqramı olan hökumətlərdə belə tez-tez büdcə dəyişiklikləri olmur. Amma bizdə büdcə neftdən çox asılı olduğu üçün hər dəfə neft qiymətlərinə görə korreksiya edilir. Əgər neft qiymətləri indiki səviyyələrdə uzun müddət qalsa, əmək haqqı və pensiyalar artırıla bilər. 2018-ci ilin seçki ili olduğunu da nəzərə alsaq, ola bilər ki, büdcəyə müəyyən dəyişikliklər olsun və əlavə artımlar nəzərdə tutulsun”.

İqtisadçı ekspert Rəşad Həsənov isə gələn il əmək haqlarında artım olacağını proqnoz etmir: “2018-ci il dövlət büdcəsi layihəsində əmək haqlarının ödənişi ilə bağlı xərclər cəmi 2,5 faiz, yəni 104 milyon manat artıb və 4 milyard 200 milyon manata çatdırılıb. Bu 2,5 faiz artım və ümumi əmək haqqı ödənişinin 104 milyon manat artırılmasının strukturuna nəzər salsaq, görürük ki, bu artımın 70 milyon manatı məhz Azərbaycanın 26 bölgəsində müəllimlərin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi nəticəsində onların əmək haqlarının artırılmasına yönəlmiş xərclərdir. Bundan əlavə, 34 milyon manat vəsait qalır. İndiki halda əgər dövlət strukturlarında əhəmiyyətli ixtisarlar getməzsə, bu sektorda çalışanların sayı azaldılmazsa, düşünmürəm ki, əmək haqlarının artırılması mümkün olsun”.

R.Həsənov gələn ilin may ayında büdcəyə yenidən baxılması zamanı əmək haqqı və pensiyaların artırılmasının mümkünlüyünü də vurğuladı: “Ancaq burada digər bir faktor da var. Bu da ondan ibarətdir ki. büdcədə neftin qiyməti bir barel üçün 45 ABŞ dollarından götürülüb. Qlobal neft bazarındakı hazırki trend isə onu göstərir ki, qiymət bundan yüksək olacaq, böyük ehtimalla 55-60 ABŞ dolları olacaq. Bu isə 2018-ci ilin may ayında dövlət büdcəsinə yenidən baxılmasına gətirib çıxara bilər. Böyük ehtimalla 2018-ci ilin birinci yarısında dövlət büdcəsinə yenidən baxılarkən əmək haqlarının artırılması ilə bağlı bir sıra qərarlar qəbul ediləcək”.

R.Həsənov bildirdi ki, yeni qanunvericiliyə görə, pensiyaların orta aylıq əmək haqqına uyğun illik indeksasiyası həyata keçirilməlidir: “2017-ci ildə əhalinin hər nəfərinə düşən orta aylıq əmək pensiyasının məbləği təxminən 209 manat proqnozlaşdırılır. 2018-ci ildə bu göstərici 3,5 faiz arta bilər. 2018-ci ilin dövlət sosial müdafiəsinin büdcəsində orta aylıq əmək pensiyası məbləğinin 216 manata çatdırılması nəzərdə tutulub. 2017-ci ilin iyul ayının 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanuna görə, pensiyaların orta aylıq əmək haqqına uyğun illik indeksasiyası həyata keçirilməlidir. Düşünürəm ki, ən yaxşı halda pensiyalar indeksasiya olunacaq. Ancaq pensiyanın baza hissəsinin və sairin artırılması böyük ehtimalla baş tutmayacaq.

Onu da nəzərə almaq lazımdır ki, həm Maliyyə Nazirliyinin, həm də Prezidentin Ehtiyat Fondu üçün 300 milyon manata yaxın vəsait nəzərdə tutulub. Böyük ehtimalla bu vəsaitlərdən də müəyyən qədər istifadə etməklə, eyni zamanda dövlət büdcəsində neftin bahalaşması hesabına daxilolmaların artmasının yaratdığı üstünlüklərdən istifadə etməklə, 2018-ci ildə müəyyən qədər orta aylıq əməkhaqlarının və pensiyaların məbləğinə dəyişiklik edilə bilər".

Ekspert vurğuladı ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq: “Əmək haqlarının indeksasiyası, ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulan bir öhdəlik deyil. Zaman-zaman əmək haqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən sərəncamlar imzalanır. Minimum əmək haqqı məbləğinin müəyyənləşdirilməsi öhdəliyi olsa da, əmək haqlarının ümumi məbləğinin artırılması ilə bağlı indeksasiya tələbi qanunvericilikdə yoxdur. Qanunvericilikdə əmək pensiyalarının ineksasiyası inflyasiya dərəcəsinə görə aparılırdı. Ancaq yeni qanunda əmək pensiyalarının orta aylıq əmək haqqının artım tempinə uyğun indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda maaş və pensiyalar artırılacaq

    Azərbaycanda maaş və pensiyalar artırılacaq ...

    5-10-2017, 15:23

  • 
  • Azərbaycanda 18 yaşına çatmamış 8 760 nəfər uşağa aylıq sosial müavinət ödənilir

    Azərbaycanda 18 yaşına çatmamış 8 760 nəfər uşağa ...

    31-07-2017, 21:31

  • 
  • Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir

    Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 ...

    13-11-2013, 12:39

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • Hökumət yaşayış minimumu və ehtiyac meyarının məbləğini artırır

    Hökumət yaşayış minimumu və ehtiyac meyarının ...

    19-10-2013, 09:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu