Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2013-cü illə müqayisədə 2014-cü ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.
Modern.az saytının xəbərinə görə, “2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:
2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat olacaq.
“2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manatdır. 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?