Metropolitenin iki stansiyada və “Elmlər Akademiyası”nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır
Bakı Metropoliteni iki stansiyada və “Elmlər Akademiyası”nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır.
Bakı Metropoliteninin mətbuat xidmətindən “AzərTAc”a bildiriblər ki, “TUGELA” markalı 20 eskalatorun “Avtovağzal” stansiyasında, 14-nün “Memar Əcəmi-2” stansiyasında, daha 4-nün isə “Elmlər Akademiyası” stansiyasının hazırda inşa olunan ikinci çıxışında quraşdırılması planlaşdırılır.
Həmçinin Bakı Metropoliteni ilk dəfə olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında “Synergy” şirkətinin istehsalı olan 5 liftin quraşdırılmasını nəzərdə tutur. Bu, fiziki imkanları məhdud olan insanların metrodan istifadəsini asanlaşdıracaq.
“Avtovağzal” stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkətin rahatlığını təmin edəcək
Sorğu
Yeni dizaynımız necədir?