Problemi araşdırmaq üçün Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Metropoliten rəsmisinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yenə də sərnişinlərin qaydaları bilməməsi səbəbindən baş verib.
Onun sözlərinə görə, sərnişinlər eskalatorun üstündə hoppandığına görə eskalator avtomatik olaraq dayanıb.
“Eskalatorun üstündə hoppanıb-düşdükdə problem yaranır. Eskalator avtomatik olaraq dayanıb. Problem 4 dəqiqə ərzində həll olunub. Mühəndislər eskalatoru təkrar işə salıblar”, – deyə Nəsimi Paşayev bildirib.
***09.56
Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində həmişə olduğu kimi yenə də nasazlıq baş verib. ANS PRESS-in məlumatına görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınıb.
Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalatoru yenə də dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçirib.
Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.
"Elmlər Akademiyası" stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.
Qeyd edək ki, dekabrın 3-də də eyni hadisə baş vermişdi. Eyni eskalator dayanmışdı. Maraqlıdır ki, dayanan eskalator yay aylarında bir neçə ay təmirə dayandırılmışdı. Eskalator əsaslı təmirdən sonra sentyabrın 15-dən sərnişinlərin istifadəsinə verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?