GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ölkənin bank sektoruna növbəti təhlükə - Seçkidən sonra sərt qərarlar veriləcək

Ölkənin bank sektoruna növbəti təhlükə - Seçkidən sonra sərt qərarlar veriləcək

Tarix: 9-04-2018, 11:47 Bölmə :İqtisadiyyat Baxış: 329
Ölkənin bank sektoruna növbəti təhlükə - Seçkidən sonra sərt qərarlar veriləcək


Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra Azərbaycanda başlayan böhran qısa müddətə ölkə iqtisadiyyatının bütün sahələrinə sirayət etdi. Manatın devalvasiyasından sonra ən ciddi problem bank-maliyyə sektorunda baş verdi və həyata keçirilən tədbirlərin də ciddi nəticəsi olmadı.

Hökumət nümayəndələri hesab edirlər ki, 2017-ci ildə sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün olub. Həmçinin, bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edilib. Amma bunların inzibati müdaxilə nəticəsində baş verdiyini nəzərə aldıqda, dayanıqlı olacağı inandırıcı deyil.

Məlumat üçün bildirək ki, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il fevral ayının 1-nə 7497,0 milyon manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 63 milyon manat və ya 0,8 faiz azalma deməkdir. Banklardakı əmanətlərin məbləğinin azalması, birbaşa olaraq bankların əmanət üzrə faiz dərəcəsini endirməsilə bağlıdır.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən milli valyutada 15 faizlik əmanətlərin sığortalanmasına baxmayaraq, nəinki 15 faiz, hətta bankların əksəriyəti milli valyutada olan əmanətlərə 14 faiz illik faiz təklif etmir. Əhali isə bu səbəbdən əlində olan pulunu 14 faizlik qiymətli kağızlara yatırmağa çalışır. Buna görə də, son zamanlar Azərbaycanda qiymətli kağızlara maraq artıb. Hətta qiymətli kağızların təkrar bazarda satılması da aktivləşib.

Dolların manata olan məzənnəsinin ötən ildən bu günə qədər stabil qalması da banklardakı əmanətlərin artımına səbəb olmur. Son iki ildə bağlanan banklar (18 bank) və əmanətlərini itirən əhali artıq hansı banka etibar edəcəyini bilmir.

Ekspertlər bildirirlər ki, manatın məzənnəsində dəyişiklik olmadığı üçün banklarda milli valyutada olan əmanətlərin həcmi artıb. Amma baş verəcək cuzi məzənnə dəyişikliyi adəti üzrə yenidən ajiotaj yarada və banklarda olan əmanətlər yenidən "yastıq altına” qaytarıla bilər. Banklardan götürülən əmanətlər isə bir neçə bankın yenidən maliyyə problemi ilə üzləşməsinə səbəb olar ki, bu da bir neçə bankın lisenziyasının ləğvinə gətirib çıxarar.

Belə olan təqdirdə, ölkənin bank sektorunu nə gözləyir? Növbəti mərhələdə hansı banklar bağlana, yaxud birləşdirilə bilər? Çökən banklardan sonra vətəndaşlara hansı zərər dəyə bilər?

Bu və ya digər suallarımıza aydınlıq gətirmək üçün ekspertlərə müraciət etdik.

Natiq Cəfərli: "Bankların sağlamlaşdırılması üçün ciddi addımlar atılmasa, dövlət təşviq proqramları olmasa, bankların bağlanması və ya birləşdirilməsi də öz effektini itirəcək”
Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli "Reytinq”ə deyib ki, hazırda sərt qərarların verilməməsinin səbəbi seçkilərlə bağlıdır. Onun sözlərinə görə, seçkilərdən sonra banklarla bağlı təlatümlü vəziyyət yenidən gündəmə gələcək. Çünki problemlərin həlli üçün hər hansı addım atılmayıb.

Natiq Cəfərlinin sözlərinə görə, hazırda problemli kreditlərin həcmi kifayət qədər yüksək həddə çatıb. Rəsmi rəqəmlərə görə 16 faiz, qeyri-rəsmi rəqəmlərə görə isə daha çoxdur. Beynəlxalq qurumların hesablamalarına görə, bu rəqəm 30-35 faizdir. Çünki Azərbaycan bankları ayda 1000 manat kredit ödənişi olan, amma cəmi 50-100 manat ödənilən kreditləri problemli kredit hesab etmirlər. Əslində isə bunlar da problemli kreditdir, beynəlxalq standartlara görə də bu, belədir:

"Bundan əlavə, kderitləşmənin də həcmi azalır. Ötən il 4 milyarda yaxın azalma müşahidə olundu. Bu il də həmin tendensiya davam edir. Yəni, bank sektorunda yaranmış problemlər yerində qalır. Nisbi sakitliyin səbəbi isə bəllidir. Dollar-manat məzənnəsində sabitlik yaranıb. Amma bu da inzibati qaydada tənzimlənir, ona görə də hələlik bank sektorunda müəyyən rahatlaşma var”.

İqtisadçı ekspert ikinci səbəb kimi siyasi prosesləri göstərir: "Seçkiöncəsi hər hansı sərt addımların atılması, banklarla bağlı problemlərin yenidən gündəmə gəlməsi hökumətin marağında deyil. Bu səbəbdən hələlik sakitlikdir”.

Ekspert qeyd edib ki, bank sektorundakı problemlərin həlli təkcə bankların sağlamlaşdırılması prosesi ilə bağlı deyil. Onun fikrincə, daha ciddi addımlar atılmalıdır: "İlk növbədə problemli kreditlərin həlli yolu tapılmalıdır. Biz neçə vaxtdır deyirik ki, məsuliyyətin üç yerə bölünməsi praktikasından istifadə edərək problemli kreditlər məsələsini həll etmək olar. Çünki əvvəl-axır bu problemin həlli dövlətin boynunda qalacaq. Amma vaxt getdikcə bu problemin həlli daha baha olacaq. İki il bundan öncə bu problemi daha az vəsaitlə həll etmək mümkün idi. Çox təəssüf ki, bu istiqamətdə hər hansı addım atılmadı və problem bu günə kimi saxlanıldı. Bir məsələ var ki, banklar o problemi həll etməsə, yeni kreditlər verməyə başlaya bilməyəcək. Bankların iqtisadiyyatın qan-damar sistemi olduğunu nəzərə alsaq, bu sektordakı vəziyyətin ümumi iqtisadiyyata mənfi təsir edəcəyi qaçılmazdır”.

Hansı bankları təhlükənin gözlədiyinə gəlincə, N. Cəfərli konkret ad çəkmək istəməyib. O qeyd edib ki, aparılan araşdırmalar və beynəlxaq qurumların hesabatlarına görə Azərbaycanda bankların yarısından çoxunda vəziyyət çox pisdir: "Bu da o deməkdir ki, ölkədə 29 bank fəaliyyət göstərirsə, onların 15-də problemlər davam edir.

Digər banklarda da problemlər var, amma onlardakı problemi yoluna qoymaq mümkündür. Qalanlarında isə çökmə riski böyükdür. Mənə elə gəlir ki, seçkilərdən sonra bu sahədə tərpəniş müşahidə edəcəyik. Çox güman ki, bir neçə bankın bağlanması, yaxud da birləşdirilməsi gündəmə gələcək. Ancaq bir daha təkrar edirəm ki, bu, sağlamlaşdırma üçün ilkin addımdır. Sonra bankların sağlamlaşdırılması üçün ciddi addımlar atılmasa, dövlət təşviq proqramları olmasa, bankların bağlanması və ya birləşdirilməsi də öz effektini itirəcək”.

Ekspert əmanətlərin təhlükə altına düşmə məsələsinə də toxunub. N.Cəfərli deyib ki, bu günə kimi bağlanan banklarda bu məsələ ilə bağlı böyük ölçüdə problemlər yaşanmayıb:

"Əmanətlərin Sığortalanması Fondunda onsuz da, pul yox idi. Amma Mərkəzi Bank 500 milyon manat yardım elədi. Adını kredit qoydular, amma məlumdur ki, o vəsaitin geridönüşü mümkün deyil. Çünki aldığı vəsaiti əhaliyə paylayıbsa, necə pul qazanıb, borcunu qaytaracaq? Yəni, belə bir hadisə baş verərsə, Mərkəzi Bank yenidən Fonda vəsait verəcək ki, əmanətçilərin pulu qaytarılsın”.

Ekspert gələcəkdə də əhalinin banklardakı vəsaitləri ilə bağlı xoşagəlməz hadisələrin baş verməsini mümkün sayır.

Əkrəm Həsənov: "Banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir, nəticədə əmanətlərin həcmi yenə azalan xətlə gedə bilər”

Bank üzrə mütəxəssis Əkrəm Həsənov isə "Reytinq”in əməkdaşına bildirib ki, banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Onun fikrincə, bunun nəticəsində əmanətlərin həcmi yenə azalan xətlə gedə bilər: "Hazirda elə bir vəziyyətdir ki, bu prosesin sonrakı aqibəti barədə hələlik qəti fikir demək mümkün deyil. Ümumən müəyyən fərq və canlanma var. Bu da ilk növbədə, milli valyutanın sabitliyi ilə bağlıdır. Əmanətçilər milli valyutada yüksək faizlə banklarda əmanət yerləşdirməyə başladı ki, qısamüddətli də olsa, gəlir əldə edə bilsinlər. Nəticədə bir sıra bankda izafi likvidlik əmələ gəldi. Həmin vəsaiti harasa yerləşdirmək və pul qazanmaq lazımdır. Bir qismini Mərkəzi Bankda depozit kimi yerləşdirdilər. Qalan hissəsini isə kredit kimi vermək məcburiyyətində qalıblar. Düzdür, bunu əvvəlki kimi fəal şəkildə etmirlər, çünki ödəniş qabiliyyətli potensial borcalanların sayı azalıb. Amma yenə də nəsə verirlər. Nəticədə cüzi canlanma var. Lakin bunun uzunmüddətli olacağı sual altındadır. Çünki banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Nəticədə əmanətlərin həcmi yenə azalacaq. Deməli, kredit resursları da azala bilər”.

Onu da nəzərə çatdıraq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunsuz yoxlamaları ilə bağlı da narazılıqlar artıb. Maraqlıdır, yoxlamaları belə qanunsuz olan maliyyə sektorundan nə gözləmək olar?

Bu məsələyə də münasibət bildirən Ə.Həsənovun sözlərinə görə, 1 mart 2014-cü il tarixdən qüvvədə olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı yoxlamaların vahid məlumat reyestrinə verməyə borcludurlar. Yəni, hər bir yoxlama qabaqcadan qeydiyyata alınmalıdır. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, həmin Qanunun tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz: "Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası heç bir yoxlamasını sözügedən reyestrdə qeydiyyata aldırmır. Bu isə o deməkdir ki, banklarda, bank olmayan kredit və sığorta təşkilatlarında aparılan bütün yoxlamalar qanunsuzdur. Həmin qurumlara qarşı tətbiq edilmiş sanksiyalar da qanunsuz sayılır”.

Ekspert onu da nəzərə çatdırıb ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı, digər sənədlər və məlumatlarla yanaşı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı da sahibkara təqdim etməlidir. "Qanunun 20.2-ci maddəsində isə vurğulanır ki, göstərilən sənədlər təqdim edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Odur ki, banklar və digər yoxlanılan təşkilatlar Palatanı qova da bilərlər. İndi özünüz deyin, yoxlamaları belə qanunsuz olan maliyyə sektorundan, onun bank sistemindən, sığorta bazarından müsbət nəsə gözləmək olarmı? Məgər Palata əlahiddə dövlətdir ki, istədiyini edir? Axı, biz ümidli idik ki, bu Palata əvvəl "Reanimasiya”ya, sonradan isə "Morq”a çevrilmiş maliyyə sektorunun sağlamlaşdırılması yeri olacaq. Daha demədik ki, növbəti qanunsuzluq qurumu olsun. Yəni, sadəcə, dərəbəylikdir”, - deyə müsahibimiz fikrini tamamlayıb./teref
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Mərkəzi Bank manatın məzənnəsi haqda bəyanat verdi - Qərar

    Mərkəzi Bank manatın məzənnəsi haqda bəyanat ...

    21-12-2015, 13:47

  • 
  • Bankların yanlış kredit siyasəti: - Öz bazarlarını özləri bağlayır

    Bankların yanlış kredit siyasəti: - Öz ...

    10-01-2018, 15:00

  • 
  • Elman Rüstəmov kredit faizlərini necə artırır?

    Elman Rüstəmov kredit faizlərini necə artırır? ...

    9-10-2014, 12:59

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu