Bu gün saat 14.00-da yerinə yetirilməli olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
Həmin reysə bileti olan vətəndaşlar “APA-Economics”ə bildirib ki, qeydiyyatına saat 12.00-da başlanmalı olan uçuşun saat 18.00-da baş tutacağı bildirilib.
“AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə “APA-Economics”ə deyib ki, 253-cü Bakı-Naxçıvan aviareysinin ləngiməsinə təyyarə çatışmazlığı səbəb olub: “Bizim bu günə təyin olunmuş bütün uçuşlarımız öz qaydasında həyata keçirilib. Yalnız 253-cü Bakı-Naxçıvan aviareysi təyin olunduğu vaxtdan gec uçmalı olub. Bu isə təyyarə çatışmazlığı ilə əlaqədardır. Hazırda İstanbulda olan təyyarə geri qayıdan kimi bu istiqamət üzrə aviareysi həyata keçirəcək”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?