İyunun 15-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində uğurla başa çatıb.
Qayıdan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Naxçıvana yola salıblar.
Xatırladaq ki, iyunun 14-də də bənzər hadisə qeydə alınmışdı. Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdaraq məcburi eniş etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?