GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Türkiyədə dolların məzənnəsi 6 lirəni keçdi

Türkiyədə dolların məzənnəsi 6 lirəni keçdi

Tarix: 10-08-2018, 12:32 Bölmə :İqtisadiyyat Baxış: 748
Türkiyədə dolların məzənnəsi 6 lirəni keçdi


Bir neçə dəqiqə öncə Türkiyə birjalarında TRY/USD nisbəti 6,01-ə çatıb.

Türkiyədə dolların durmadan bahalaşdığı bir vaxtda prezident Rəcəb Tayyib Ərdoğan məmləkəti Rizəyə səfər edib və xalqı “təmkinli olmağa” çağırıb. “Bizə qarşı müxtəlif kampaniyalar aparılır. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa bizim də xalqımız, haqqımız, Allahımız var”-Ərdoğan deyib.

BBC-nin iqtisadiyyat üzrə müxbiri Endryu Valker Türkiyədəki vəziyyətlə bağlı yazır ki, ölkənin maliyyə bazarlarında yaşanan son hadisələr həyəcan təbili çalmağa əsas verir. Türk valyutası lirə, ilin əvvəlindən bəri ABŞ dollarına münasibətdə dəyərini 30 faizdən çox itirib. Fond birjası 17 faiz və ya bəzi xarici sərmayədarların düşündüyü kimi dollarla hesablasaq, 40 faiz aşağı enib.

Bazarlarda izlənilən digər ölçü hökumətin borc xərclərinə münasibətidir. Yerli məzənnə üzrə 10 illik kreditin illik faizi artıq 18-ə bərabərdir. Hətta dollarla borc almaq belə bahadır: 7 faiz.

Türkiyənin beynəlxalq ticarətdə kəsiri mövcuddur. Ölkədə idxalat ixracatdan daha çoxdur. Və ya başqa sözlə, qazandığından daha çox xərcləyir. Bu kəsir ya xarici investisiya, ya da borc vasitəsilə maliyyələşdirilə bilər. Əslində bu nə qeyri-adi, nə də təhlükəli olmamalıdır. Lakin Türkiyənin kəsiri olduqca böyükdür: ötən il bu, milli gəlir və ya ÜDM-dən 5,5 faiz çox olub.

Türkiyənin xarici borcunu daha da həssas göstərən iki xüsusiyyət də var. Birincisi, yaxın gələcəkdə ödənilməli yüksək dərəcədə borc mövcuddur. Maliyyə bazarlarının təbirincə desək, borc yenindən maliyyələşdirilməlidir. Kredit reytinq agentliyi “Fitc”h, Türkiyənin bu il üçün ümumi maliyyə ehtiyaclarının 230 milyard dollar olduğunu təxmin edir.

İkincisi, əksər türk şirkətləri borclarını xarici valyuta ilə götürüblər. Milli valyuta aşağı düşərsə - ki bu, artıq baş verib - borcları ödəmək daha da bahalaşacaq. Məzənnənin zəifliyi Türkiyədəki inflyasiya problemini də kəskinləşdirir. Zəif lirə idxalın bahalı olacağı mənasına gəlir.

Mərkəzi bankın inflyasiya hədəfi 5 faizdir. Bir il əvvəl inflyasiya 10 faiz göstərici ilə hədəfdən ikiqat yuxarı olub. O vaxtdan bəri vəziyyət daha da qarışıb və qiymətlər illik 15 faiz şəklində yuxarı qalxır.

Maliyyə bazarları sərmayəçiləri də prezident Ərdoğanın iqtisadi siyasəti ilə bağlı narahatdırlar və görünür ki, təzyiq ölkənin mərkəzi bankı üzərində cəmlənir.İnflyasiyanı azaltmağa çalışan mərkəzi bank üçün açıq-aydın siyasət variantı mövcuddur - artan faiz dərəcələri.

Bu isə inflyasiyanı iki yolla cilovlaya bilər. Evdəki tələbatı azaldaraq və Türkiyədəki maliyyə xeyrini artırıb sərmayədarları lira almağa həvəsləndirərək. İkinci halda məzənnə güclənər və idxal xərcləri azalar. Türkiyə mərkəzi bankı bənzəri bir neçə addım atsa da, heç biri problemə uzunmüddətli təsir edə bilməyib.

Bazarları narahat edən məsələ prezidentin hamıya tanış və bir çox iqtisadçıların azməlumatlı adlandıracağı yüksək faizə qarşı əks münasibətidir. O, özünü yüksək faiz dərəcəsinin düşməni sayır.

Nəticədə sərmayəçilər mərkəzi bankın məzənnəni stabilləşdirmək və inflyasiyanı nəzarət altına salmaq niyyətinə inanmırlar. Əksinə onlar, Türkiyədə maliyyə aktivlərinə qarşı daha diqqətli olmağa başlayırlar.Etibarı sarsıdan başqa bir məqam Türkiyənin Birləşmiş Ştatlar ilə gərgin münasibətləridir.

Türkiyə amerikalı yevangelist bir pastoru həbs edib və ölkələrin Suriya barədə yanaşmaları da müxtəlifdir. Bundan əlavə, ABŞ Türkiyənin inkişaf etməkdə olan ölkələrin ABŞ bazarına rüsumsuz girişini təmin edən proqrama uyğunluğunu hələ nəzərdən keçirir.

Türkiyə eyni zamanda, ABŞ-da baş verən hadisələrdən də risk altındadır. Federal Ehtiyat faiz dərəcələrini artırmağa davam edir və bu da investorların inkişaf etməkdə olan bazarlardakı pulu geri götürməsinə səbəb olur. Təsir bir o qədər hiss olunmasa da, Türkiyə kimi başqa problemləri olan ölkələr üçün bu, potensial kəskinləşdirici faktorlardandır.



Lakin bəzi hallarda Türkiyə iqtisadiyyatının son vəziyyəti qənaətbəxş görünür. 2001 (BVF-nun xilasa yetdiyi ölkənin sonuncu iqtisadi böhranı) və 2009-cu ildən (qlobal iqtisadi böhrandan sonra) başqa, əsrimizin hər ilində ölkənin iqtisadiyyatı böyüyüb. Bəzi illərdə inkişaf kifayət qədər güclü olub.

İşsizlik son dərəcə yüksək olsa da, - son rəqəmlər 9.9% göstərir - iqtisadiyyat nisbətən stabil olub. Əsrin əvvəlində ölkənin yaşadığı iqtisadi böhran ilə müqayisədə bir mühüm ayrılıq var: 2001-ci ildən fərqli olaraq, məzənnə hədəfi yoxdur.

O zaman məzənnə bazarlarındakı təzyiq Türkiyəni hədəfləri buraxmağa məcbur edirdi. İndi isə heç bir məzənnə asılılığı olmadığına görə, lirənin qiymətsizləşdirilməsinə yol verilib.Yeri gəlmişkən, kredit reytinqi agentliyi “Moody”-ə görə, xərclər və vergi siyasəti sayəsində iqtisadi inkişaf, davamlı olmayan şəkildə daha da çiçəklənib.Seçki dövrünü nəzərə alsaq, uzunmüddətli inkişaf üçün siyasətlərin bir qırağa qoyulduğunu görərik.“Fitch” isə kəskin yavaşlama və hətta tənəzzülün artımı mənasında iqtisadiyyatın zəifləmə riski xəbərdarlığını edir.



* * *09:55

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb. Hazırda məzənnə 5,72 TL təşkil edir.

Türkiyə mətbuatı yazır ki, qardaş ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub.

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma

    Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma ...

    17-12-2015, 00:57

  • 
  • Ərdoğan Azərbaycanda neçə faiz səs toplayıb? - Nəticələr açıqlandı

    Ərdoğan Azərbaycanda neçə faiz səs toplayıb? - ...

    26-06-2018, 00:55

  • 
  • Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük səfərdə olacam

    Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük ...

    7-07-2018, 14:40

  • 
  • Ərdoğan Türkiyə vətəndaşlarını avro və dollardan imtina etməyə çağırıb

    Ərdoğan Türkiyə vətəndaşlarını avro və dollardan ...

    26-05-2018, 19:36

  • 
  •  Manat və dolların sabahkı MƏZƏNNƏSİ

     Manat və dolların sabahkı MƏZƏNNƏSİ ...

    9-08-2018, 00:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (254)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu