Türkiyədə lirə xarici valyutalar qarşısında yenə ucuzlaşıb.
Türkiyə valyutası bu gün səhər saatlarına 1,76% bahalaşaraq, 6,49 lirə təşkil edib.
Avro bahalaşaraq, 7.42 lirə, funt-sterlinq 8.39 lirədən əməliyyat görüb.
Qeyd edək ki, SEB AB (Skandinaviska Enskilda Banken) proqnozlaşdırıb ki, Türkiyə-ABŞ münasibətlərinin yenidən gərginləşmədiyi halda dollar/lirə məzənnəsi bu həftənin sonuna 6.01 lirə təşkil edəcək.
SEB bildirir ki, Mərkəzi Bank pul siyasəti çərçivəsində faiz koridorunu 250 bənd artıracaq. Quruma görə, beləliklə, həftəlik repo faizi 20.25%, gecəlik borc vermə faizi 21.75%, gecəlik borclanma faizi isə 18.75%-ə yüksələcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?