Türkiyə Baş Polis İdarəsi son günlərdə lirənin dollar qarşısında dəyər itirməsindən sonra ölkə iqtisadiyyatına qarşı təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı araşdırmalara başlayıb.
Bu məqsədlə avqustun 7-dən etibarən paylaşımları ilə ictimaiyyət arasında mənfi rəy yaradan 346 sosial şəbəkə istifadəçisinin profili müəyyənləşdirilərək nəzarətə götürülüb.
Qeyd edək ki, son günlər Türkiyə lirəsi dollar qarşısında sürətlə ucuzlaşmağa başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?