GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Problemli kreditlərin artmasının qarşısı alınmalıdır - TƏHLİL

Problemli kreditlərin artmasının qarşısı alınmalıdır - TƏHLİL

Tarix: 14-09-2018, 14:40 Bölmə :İqtisadiyyat Baxış: 497
Problemli kreditlərin artmasının qarşısı alınmalıdır - TƏHLİL


İqtisadiyyatda son vaxtlar müşahidə edilən müsbət dinamika həm də bank sektorunda tənəzzülün səngiməsi deməkdir. Banklarda bir sıra müsbət göstəricilər qeydə alınmağa başlayıb. Əhalinin əmanətləri artır və onun strukturunda dollarlaşma səviyyəsi azalır, kreditləşdirmə bərpa olunur və genişlənir, aktivlərin bərpası meyli nəzərə çarpır...

Lakin banklarda qeydə alınan bu göstəricilər hələ ki sektorun böhrandan çıxmasının əlaməti hesab edilə bilməz. Çünki bəzi köklü problemlər olduğu kimi qalmaqdadır.

Yeri gəlmişkən, cari ilin avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 49,5 milyon manat təşkil edib ki, bunun da xarici valyutada olan hissəsi 5 milyard 15,6 milyon manat, milli valyutada əmanətlərin həcmisə 3 milyard 33,9 milyon manata bərabər olub. Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə 37,7%-ni təşkil edib. Ümumiyyətlə, hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb ki, dollarlaşma səviyyəsi bu ilin əvvəlindəki 66,5 %-dən 4,2 % aşağı düşüb.

Lakin bunlar bizə əhalinin banklara inamının bərpa olunduğunu demək üçün əsas vermir. Çünki qoyulan əmanətlərin həcminin artması heç də orta statistik vətəndaşa, orta təbəqəyə bağlı proses deyil. Bu artımın mənbəyi bankların təsisçilərinə, yaxın çevrəsinə daxil olan şəxslərdir. Hansı ki, bankların çöküşü prosesi ardıcıl xarakter aldığı vaxtlarda onlar vəsaitlərini banklardan geri çəkmişdilər. İndi bankların çöküşü prosesi müəyyən müddətdir dayanıb. Və bu da ölkə iqtisadiyyatında idxal-ixrac proseslərində aparıcı rola malik olan həmin dairələrin pullarını yenidən yaxın banklara yatırmasına şərait yaradıb.

Son vaxtlar iqtisadiyyatda müşahidə edilən pozitiv məqamlardan biri də banklar tərəfindən kreditləşdirmənin artmasıdır. Cari ilin ötən ayının, yəni avqustun 1-dək banklar tərəfindən iqtisadiyyata 12 milyard 170,7 min manat kredit qoyulub ki, bunun da 4 milyard 874,5 min manatı ev təsərrüfatlarına verilib. Bu isə o deməkdir ki, istehlak kreditlərinin ümumi kredit portfelindəki çəkisi 40,1%-ə çatıb, yəni, onun payı 2015-ci ildəki səviyyəyə qayıdıb. Ümumiyyətlə, ilin əvvəlindən istehlak kreditlərinin həcmində 268 milyon manat artım qeydə alınıb.

Lakin iş ondadır ki, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi də məhz bu sayılır. Ümumən, 12 milyard 170,7 min manat kredit qoyuluşunun 14,6%-i, başqa sözlə desəm, 1 782,1 milyon manatı vaxtı keçmiş sayılır.

Ümumiyyətlə, vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payının 15%-ə yaxın təşkil etməsi çox ciddi faktordur. Pis olan budur ki, sözügedən kreditlərin həcmi azalmır, əksinə, artım üzrə dinamika nümayiş etdirir. Bu problem mövcud olduğu müddətdə isə, bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil. Nə vaxt ki, problemli kreditlərin artımı dayanacaq, yalnız o zaman bank sektorunda davamlı müsbət tendensiyaların başlandığı haqda söhbət aça bilərik.

Onu da qeyd edim ki, banklar 7501.2 milyon manat milli valyutada, 4669.5 milyon manat ekvivalentində isə xarici valyutada kredit veriblər. Manatla kreditlər üzrə vaxtıkeçmişin həcmi 845.5 milyon, xarici valyutada kreditlər üzrə isə 936,6 milyon manat təşkil edir. Ümumən, ilin əvvəlindən cəmi kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 86.2 milyon manat, başqa sözlə desəm, 10%-ə yaxın artıb.

Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər mühüm rol oynayır.

Keçən il rəsmən qeyd olunmuşdu ki, bu il ərzində problemli kreditlər azalmağa doğru gedəcək. Əlavə olaraq, likvidlik artacaq, kapitallaşma səviyyəsi yüksələcək. Düzdür, sonuncular üzrə cüzi də olsa müşahidə var. Ancaq deyilmişdi ki, eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində tədbirlər görüləcək. Məsələ ondadır ki, bunlar həyata keçirilməsə, mümkün deyil.

Nə qədər ki, neftin dünya bazar qiyməti yüksək idi, ölkəyə xarici valyuta axını vardı, bank sektorunun da kapital durumu müsbət vəziyyətdə idi. Elə ki, qiymət düşdü, bank sektorunda ciddi problemlər görünməyə başladı ki, bunun da ən pik nöqtəsi Beynəlxalq Bankda özünü göstərdi. Son vaxtlar bankların bağlanması prosesinin dayanması, müəyyən müsbət dinamikaların müşahidə olunması da məhz neftin qiymətinin yüksəlməsi ilə bağlıdır.

Bank sisteminin neftin qiymətinə bu cür bağlılığı o vaxta qədər davam edəcək ki, banklar iqtisadiyyatın real sektoru ilə qarşılıqlı şəkildə işləməyə başlayacaqlar. Yəni kreditləşmə istehlak deyil, istehsal və emal sahələri üzrə artacaq, kənd təsərrüfatı və sair sahələrə olmaqla uzunmüddətli xarakter daşıyacaq. Yoxsa, indiki şəraitdə neftin qiyməti yenidən düşməyə başlayarsa, banklar daha ciddi problemlərlə üzləşəcəklər. Buna görə də təcili olaraq bank sistemində islahatlar həyata keçirilməli, bütün banklar restrukturizasiya olunmalıdır. Eyni zamanda problemli kreditlərin artmasının qarşısı alınmalıdır./AzVision.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda əhalinin banklara olan borcu AÇIQLANDI

    Azərbaycanda əhalinin banklara olan borcu ...

    13-10-2017, 22:53

  • 
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

    Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər ...

    6-12-2017, 22:35

  • 
  • Dollarla problemli kreditlərin həcmi artıb

    Dollarla problemli kreditlərin həcmi artıb ...

    28-08-2018, 13:10

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu