Birləşmiş Ştatların Rusiyanı Avropa bazarından sıxışdırıb çıxaracaq qədər qazı var, lakin bunun üçün Amerikaya hazırda olmayan infrastrukturu qurmaq lazımdır.
GundemXeber.Az “Report”a istinadən xəbər verir ki, bunu Hill.TV telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə müşaviri Larri Kudlou deyib. "Biz üstün enerji gücünə malikik. Bir neçə ildən sonra gündə 15 milyon barel neft hasil edəcəyik. Biz Səudiyyə Ərəbistanını geridə qoyacağıq, biz Rusiyadan uzaqlaşırıq", — deyə Kudlou bildirib. O əlavə edib ki, ABŞ-ın Texas ştatının Perm hövzəsində hasil olunan xeyli təbii qazı var, lakin istehsalçılar mavi yanacağın tədarükü üçün kifayət qədər qabaqcıl infrastrukturun olmaması səbəbindən, onu yandırmaq məcburiyyətində qalırlar. "Bu o deməkdir ki, ABŞ Rusiyanın hegemonluğuna meydan oxumaq üçün infrastruktur qurmalıdır", - deyə müşavir əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?