Beynəlxalq Enerji Agentliyi Birləşmiş Ştatların 2015-ci ilə qədər Səudiyyə Ərəbistanı və Rusiyanı ötərək, dünyanın ən böyük neft istehsalçısına çevriləcəyini və ABŞ-ın gələn iyirmi il ərzində öz enerji tələbatını bütünlüklə ödəyə bilmək yolunda olduğu bildirib. “Amerikanın səsi”nə istinadla xəbər verirə görə , Parisdə mənzillənən agentliyin illik hesabatına əsasən, gələn 10 il ərzində ABŞ və Kanadada yanar şist və Braziliyada dərin qazma nəticəsində neft istehsalına görə Yaxın Şərqin OPEK-də dünyanın ən böyük neft istehsalçısı kimi rolunun azalmasına gətirib çıxaracaq.
Lakin dünyanın enerji istehlakçısı olan 28 ölkəsinə məsləhət verən agentlik Şimali Dakota və Texas ştatlarındakı yataqlarda ehtiyatların azalması ilə əlaqədar 2020-ci illərin ortalarında ABŞ-ın dünyada ən böyük neft istehsalçısı kimi mövqeyini itirməyə başlayacağını bildirib. Beynəlxalq Enerji agentliyinə əsasən, o zaman artacaq enerji təchizatının böyük hissəsi Yaxın Şərq ölkələri tərəfindən təmin ediləcək.
İllik hesabatda həmçinin, ABŞ-ın 2035-ci ilə qədər ölkə daxilində enerjiyə olan tələbatını özünün ödəyə bilməsi yolunda irəlilədiyi deyilir. Enerjiyə tələbatın ölkənin özü tərəfindən ödənməsi uzun zamandır ABŞ liderlərinin qarşıya qoyduğu məqsədlərdən biridir.
Sorğu
Yeni dizaynımız necədir?