Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar geriləyərək 60,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,88 dollar ucuzlaşaraq 52,37 dollar olub.
Azərbaycan neftinin qiymətinə gəlincə, o bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 63,86 dollar təşkil edib.
Sorğu
Yeni dizaynımız necədir?