"İstənilən vətəndaş şəxsiyyət vəsiqəsinin Fin-kodunu daxil etməklə öz adını siyahıdan tapacaq və ona düşən kompensasiya məbləğini müəyyənləşdirəcək".
Gundemxeber.az Milli.Az-a istinadla xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin rəhbəri Vüsal Qasımlı fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi ilə bağlı məqamlara aydınlıq gətirərkən deyib.
Vüsal Qasımlı bu proseslərin mümkün qədər çox rəqəmsallaşacağını qeyd edib:
"Vətəndaşların işinin rahat olması üçün bütün bu proseslər mümkün qədər çox rəqəmsallaşacaq. Ona görə də vətəndaşlardan xahişim ondan ibarətdir ki, indiki halda çox tələsməsinlər. Onsuz da onlar banklara dəvət olunacaqlar, ancaq cəmi bir dəfə dəvət olunacaqlar. İndiki halda Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Banklar və digər qurumlarda vətəndaşların suallarına cavab verən mərkəzlər yaradılıb. Amma nəzərə almaq lazımdır ki, fərmanın əhatə dairəsinə 850 min nəfər insan düşür. Yəqin ki, yüz minlərlə insan da bu məsələlərlə maraqlanır. Amma bizdə cəmi 20-dən çox bank var. Bu nöqteyi nəzərdən onların iş yükü həqiqətən də çox böyükdür. İndiki halda müraciətlərə cavab verməkdə müəyyən çətinliklər var. Çünki biz qaydaların təsdiqlənməsini gözləyirik. Martın 15-nə qədər qaydalar təsdiqlənəcək. İndiki halda vətəndaşlardan xahiş ondan ibarətdir ki, bir qədər qaydaların təsdiqlənməsini gözləsinlər. Kompensasiyalar ödəniləcək. Son müddət 3 aydır. Yəni, mart, aprel, may ayının sonunda artıq bütün kompensasiyalar ödəniləcək".
Sorğu
Yeni dizaynımız necədir?