Ümumdünya Ticarət Təşkilatının baş direktorunun çərşənbə axşamı dediyinə görə, beynəlxalq ticarət 2018-ci ilin dördüncü rübündə 0.3 faiz azalıb, amma bu il 2.6 faiz artacağı gözlənilir. Bu isə 2018-ci ildə 3, 2017-ci ildə isə 4.6 faizlik artımdan daha yavaş, proqnozlaşdırılan 3.7 faizlik artımdan daha azdır.
Roberto Azevedo deyib ki, ticarətin azalmasına xüsusilə Birləşmiş Ştatlarla Çin arasında tarif müharibəsi, eyni zamanda isə zəif iqtisadi artım, maliyyə bazarlarında dəyişkənlik və inkişaf etmiş ölkələrdə pul şəraiti səbəb olub.
Təşkilat sentyabr ayında 2018-ci ildə artımın 3.9 faiz olacağını proqnozlaşdırmışdı ki, bu da 2017-ci ildə müşahidə olunan 4.6 faizlik artımdan daha azdır.
Azevedo deyib ki, əgər gərginlik artmağa davam etsə, vəziyyət daha da pisləşə bilər.
Təşkilatın bildirdiyinə görə, 2018-ci ildə qlobal ticarətin həcmi çox yavaş artsa da, dəyəri 10 faiz artaraq 19.48 trilyon dollar təşkil edib. Buna isə qismən neft qiymətlərinin 20 faiz artması səbəb olub.
Kommersiya xidmətlərinin ticarətinin dəyəri Asiyada idxalın kəskin artması ilə 2018-ci ildə 8 faiz artaraq 5.8 trilyon dollar təşkil edib.
Malların ticarət həcminin bu il inkişaf etməkdə olan ölkələrdə daha çox artacağı gözlənilir. Belə ki, ixrac artımının inkişaf etməkdə olan ölkələrdə 3.4 faiz, inkişaf etmiş ölkələrdə isə 2.1 faiz olacağı proqnozlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?