Sürücülərə şad xəbər - Bağlanmış yollar haqqında SMS göndəriləcək
Avtomobil yollarında tikinti-təmir işlərinin aparılması, həmçinin tıxacların yaranması sürücülərin narazılığına səbəb olurdu. Artıq Nazirlər Kabineti sms məlumatlandırma qaydalarını təsdiq edib. Qaydaya əsasən sürücülər bu cür hallar olanda əvvəlcədən sms-lə məlumatlanacaqlar.
Çox vaxt sürücülər aparılan tikinti-təmir işləri ilə əlaqədar hansı yolların bağlı olmasından xəbərsiz olurlar və alternativ yollardan istifadə etmədikdə isə tıxacla qarşılarşırlar. Nəticədə onların həm əsəbləri pozulur həmdə vaxt itgisi ilə üzləşirlər. Nəhayət ki, bu kimi halların qarşısının alınması üçün Nazirlər Kabinəeti sms məlumatlandırma qaydalarını təsdiq edib.
Qaydaya əsasən Avtomobil yollarında, eləcədə küçələrdə aparılan yenidən qurma və təmir işləri ilə əlaqədar hansı yolların bağlı olması, həmçinin hansı yollarda tıxac var ,bütün bunlar haqqında ,SMS vasitəsi ilə sürücülərə məlumat veriləcək
Məlumatların qısa mesaj vasitəsi ilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçiriliəcək.
Sürücülərə məlumatların SMS vasitəsi ilə göndərilməsi ödənişli olacaq.Aylıq abunə haqqı və bir SMS-in qiyməti isə Nəqliyyat Nazirliyi ilə mobil telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək. xidmətə abunə olmaq istəyən sürücülər sms sorğu göndərməklə bu xidmətdən yararlana biləcəklər. xidmətin ən vaxt istifadəyə verilməsinə gəldikdə isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki bu da qərarın icrası ilə bağlı işlər yekunlaşdıqdan və mobil operatorlarla müvafqi saziş bağlandıqdan sonra məlum olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?