GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Maliyyə Palatası ittiham hədəfində... - “Cəzalandırılmalıdır”

Maliyyə Palatası ittiham hədəfində... - “Cəzalandırılmalıdır”

Tarix: 9-05-2019, 18:42 Bölmə :İqtisadiyyat Baxış: 560
Maliyyə Palatası ittiham hədəfində... - “Cəzalandırılmalıdır”


Hazırda bankların əksəriyyəti 11 iyun 2013-cü ildən qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın “Məlumatların açıqlanması” adlı 14-cü bəndinə demək olar ki, riayət etmirlər.

Həmin bənddə açıqlanmalı olan məlumatlar konkret sadalanır və onların bankın saytında yerləşdirilməsi tələb olunur.

Bank məsələləri üzrə ekspert, hüquqşünas-ekspert Əkrəm Həsənov 30 bankın saytının monitorinqi həyata keçirib və nəticəsini cədvəl şəklində dərc edib. O bildirib ki, heç bir bank açıqlamalı olduğu məlumatları tam açıqlamır: "Yalnız 6 bank (XalqBank, Bank Avrasiya, Azərbaycan Sənaye Bankı, Paşa Bank, Turanbank və AGBank) məlumatların azı 2/3 hissəsini açıqlayır. 13 bank məlumatların yarıdan çoxunu, 8 bank isə yarıdan azını (amma 1/3 hissədən çoxunu) açıqlayır. Nəhayət, 3 bank (Accessbank, Naxçıvanbank və AtaBank) ən yaxşı halda məlumatların 1/3 hissəsini açıqlayır. Bütün banklar üzrə açıqlanan məlumatların orta göstəricisi cəmi 59,2 faizdir".

Əkrəm Həsənov açıqlanmalı olan məlumatları Standartların müvafiq bəndlərinə uyğun olaraq 5 qrupa bölüb:

“Bank və onun fəaliyyəti barədə ümumi məlumat (Standartların 14.6-cı bəndi) - maksimal bal: 10 (ən çox açıqlanmalı olan məlumat bu qrupa daxildir). Açıqlanan məlumatların orta göstəricisi 48,6 faizdir. Əsasən aşağıdakı məlumatlar açıqlanmır: idarəetmə orqanları və daxili komitələr, mükafatlandırma siyasətinin əsas prinsipləri, əlaqədar şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti və divident siyasəti.

İllik maliyyə hesabatları (Standartların 14.1-ci bəndi) - maksimal bal: 3 (yalnız son 3 il üzrə bir sənəddən ibarət olan məlumatdır). Açıqlamanın orta göstəricisi 91 faizdir.Beləliklə, ən şəffaf qrup budur. Bu da başa düşüləndir: illik maliyyə hesabatı nəinki Standartlara, həmçinin bir sıra qanuna görə də hər bir halda mövcud olmalı və müvafiq dövlət qurumlarına da təqdim olunmalıdır.

Rüblük maliyyə hesabatları (Standartların 14.2-ci bəndi) - maksimal bal: 5. Açıqlamanın orta göstəricisi 82,6 faizdir. Sözügedən hesabatlar hər bir halda Palataya da təqdim olunmalı olduğu üçün burada da şəffaflığın yüksək olması gözləniləndir.

Kapitalın strukturu və adekvatlığı barədə məlumat (Standartların 14.7-ci bəndi) - maksimal bal: 5. Açıqlamanın orta göstəricisi 82,6 faizdir. Sözügedən məlumat rüblük hesabatın tərkib hissəsi olduğu üçün əvvəlki qrupla uyğunluq müşahidə olunur.Bununla belə, bir sıra bank leverec əmsallarını açıqlamır.

Risklərin idarə edilməsi barədə məlumat (Standartların 14.8-ci bəndi) - maksimal bal: 10 (birinci qrupdan sonra ən çox açıqlanmalı olan məlumat bu qrupa daxildir). Açıqlanan məlumatların orta göstəricisi 19,6 faizdir. Beləliklə, ən qeyri-şəffaf qrup budur.

Halbuki, investor və müştəriləri ilk növbədə məhz risklərin idarə edilməsi maraqlandırır.Bankların mütləq əksəriyyəti bu qrup üzrə yalnız ümumi sözlərlə kifayətlənərək konkret məlumatları açıqlamır”.

Əkrəm Həsənov “Cümhuriyət” qəzetinin sözügedən məsələlərlə bağlı suallarını cavablandırıb.

- Əkrəm müəllim, bank sistemində şəffaflığı təmin etmək üçün nəzarət mexanizmi necə olmalıdır?

- Ümumiyyətlə, tanınmış banklar nəinki qanunvericiliklə tələb olunan, hətta özləri barəsində daha artıq məlumatları açıqlayırlar. Banklar bu yolla müştərilərin etibarını qazanmış olurlar.Bir növ banklar bir-biri ilə etimad uğrunda rəqabət aparırlar.Azərbaycanda isə banklar heç qanunla tələb olunanları dərc etmir.Birinci, ona görə ki, müştəriləri daha çox Azərbaycan əhalisidir və onlar belə şeylərə fikir vermirlər. Amma mən də çalışıram ki, hamı bu cür qeyri-şəffaflığa fikir versin. Ən əsası da banklar ona arxayındır ki, bu sahədə dövlət nəzarəti yoxdur.Əvvəllər banklara nəzarət səlahiyyəti Mərkəzi Bankda idi, indi bu funksiya Maliyyə Bazarlarına Nəzarət Palatasındadır (MBNP).Eyni zamanda ictimai nəzarət də olmalıdır.Faktiki olaraq bu gün ictimai nəzarət funksiyasını öz üzərimə götürdüm və MBNP-nın gündəlik görməli işi etdim.Təbii ki, bankların bütün internet saytlarını araşdırmaq üçün bir neçə günümü sərf edim.Hələ onu da deyim ki, bankların saytında dərc olunan məlumatların mahiyyətinə çox girməyə vaxtım olmayıb.Sadəcə, məlumatların olub-olmamasını araşdırmışam.MBNP-nın işi gündəlik bankların internet saytlarına baxmaqdır.Çünki orada əksər məlumatlar saytda 6 aydan bir yenilənməlidir. Araşdırma zamanı bəzi bankların saytında müəyyən məlumatların yerləşdirilməsindən 1 il vaxtın keçdiyi də məlum oldu. Təbii ki, bu məlumatları nəzərə almadım.Çünki həmin məlumatlar bankın ən yaxşı günündə yazılıb, pis vəziyyətdə isə faktı yeniləmək istəmirlər.Əgər Palata gündəlik nəzarət edə bilmirsə, heç olmasa aylıq etsin.Əslində bu qeyri-şəffaflıq banklardan da əvvəl Palatanın fəaliyyətinin qeyri-qənaətbəxş olması deməkdir.Banklar xeyli əməliyyatlar həyata keçirirlər ki, Palata onlara da nəzarət etməlidir.MBNP-sı ictimaiyyətin üzərində nəzarət edə biləcəyi sahələrə nəzarət etmirsə, təsəvvür edin, ictimaiyyətin görmədiyi məqamlara necə nəzarət edir?Açıq-aşkardır ki, bu sahədə dövlət nəzarəti yoxdur və bu da bank sisteminin əsas problemlərindəndir.

- Araşdırmanızdan da göründüyü kimi, təxminən 25 bank açıqlamalı olduğu məlumatları tam açıqlamır. Göründüyü kimi, banklara dövlət orqanları tərəfindən nəzarət yoxdur. Ümumiyyətlə, bankların açıqlamalı olduğu halda məlumatlarını tam açıqlamamasına görə məsuliyyət varmı və bu cavabdehlik bankın, yoxsa MBNP-nın üzərinə düşür?

- Əslində, bu gün heç bir bank tam məlumatları açıqlamır.Əslində, araşdırmamın mahiyyətində göstərmişəm ki, bu bankların hamısı pisdir, amma pislərin içərisində 5-6 bank qismən məlumatı yerləşdirir.Bu, qiymətləndirilməlidir.Banklar Haqında Qanuna əsasən, MBNP təhdid tədbiri və yaxud da sanksiya tətbiq edə bilər. Yəni, bankı cərimələyə, maliyyə qurumunun rəhbər şəxslərini vəzifədən kənarlaşdıra, banka müəyyən əməliyyatları həyata keçirməyə qadağa qoya bilər və.s. Əgər Palata bu cəza tədbirlərini tətbiq etməyə başlasa, gərək 30 bankın hamısına icra etsin.Burada bir nömrəli günahkar MBNP-dır.Əgər Palata vaxtında bir neçə bankı cəzalandırsaydı, digər banklara da dərs olardı.

Onu da qeyd edim ki, araşdırmanı ictimailəşdirdikdən sonra banklardan mənə məlumatlar gəlməyə başladı.Artıq bank rəhbərləri məlumatları toplayır, işçilərinə tapşırıqlar verirlər.Demək olar ki, müəyyən hərəkətə keçiblər.Amma bu araşdırmanı mən yox, MBNP etməli idi.Vəziyyətdən çıxış yolu kimi, banklara 1 ay vaxt vermək olar.Ehtimal edirəm ki, əksər banklar qayda-qanuna riayət edəcək.Etməyənlərə qarşı Palata sanksiya tətbiq etməlidir.Amma yaranmış vəziyyətə görə, Palatanın özü cəzalandırılmalıdır.Çünki onun fəaliyyətinin heç bir effekti yoxdur.

- Banklar bu qaydalara tam əməl etmədiyi üçün nə qazanıb, nə itirir?

- Birinci, banklar öz resurslarını qoruyurlar. Bankların özləri haqda dəqiq məlumatları açıqlamaq üçün kiminsə daim nəzarəti olmalıdır və o şəxsə də daim maaş verilməlidir. Banklar burada qənaət etdiyini düşünürlər.İkinci, banklar öz fəaliyyətlərini müxtəlif tərəflərini müştərilərdən, eləcə də investorlardan gizlədirlər.Ola bilər ki, işlərinin keyfiyyəti pisdir, ancaq nəticəni açıqlamaq istəmirlər.Ört-basdır etmək yolu ilə müştəri çevrəsini əllərində saxlamağa çalışırlar.

İndiyə qədər banklar bu məlumatları açıqlamadığına görə, heç nə itirmirdi. Amma bu məsələni ictimailəşdirdikdən sonra bununla tanış olan müştərilər biləcək ki, bank özü haqqında məlumatı gizlədir, deməli, bankın vəziyyəti yaxşı deyil. Amma özü haqqında nisbətən məlumata açıqlayan bank qismən yaxşıdır.Özü haqqında məlumatı dərc edən banklar qazanclı çıxacaqlar.Yəni, müştərilər onlara daha çox etimad göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

    Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala ...

    5-11-2017, 22:45

  • 
  • "Bank of Azərbaycan"ın aqibətinə aydınlıq gəldi

    "Bank of Azərbaycan"ın aqibətinə ...

    10-05-2014, 13:51

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmalıdır

    Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmalıdır ...

    17-11-2017, 23:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (12)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu