"Rusiyada yaşamaq hüququ olmayan şəxsin Azərbaycana qaytarılması qeyri-realdır və boş söhbətdir"
Bu sözləri Etatist.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə azərbaycanlılar Rusiyada hüquqi mərasimlərdən keçiblər və onların Rusiyadan çıxarılması üçün heç bir hüquqi əsas yoxdur: "Rusiya orda yaşayan azərbaycanlılar qaytarsa da bu, bir neçə ilə baş verəcək. Azərbaycanlıların əksəriyyəti lazım olan hüquqi mərasimlərdən keçiblər, lazım olan rüşvəti də veriblər. Heç bir hüquqi sənədi olmayan adamların çıxarılmasına gəlsək, bu istənilən hökumətin haqqıdır".
Müasir dövrdə hansısa vətəndaşın hüquqi əsası olmadan başqa dövlətdə yaşamasının ağla batan olmadığını deyən politoloq, "Mütləq o, müvafiq dövlət dairələrində bunu sənədləşdirməlidir. Bu, Azərbaycanla Rusiya əlaqələri arasında heç bir problem yarada bilməz."
Bəzi sosioloqların fikrinə görə, Rusiya orda yaşan azərbaycanlı miqrantları ölkədən çıxarsa və Azərbaycana qaytarsa, bu Azərbaycanda çox ciddi sosioloji krizisə gətirib çıxara bilər. Belə ki, Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlı Azərbaycana qayıtsa işsizlik problemi yaşayan böyük narazı kütlə yaranacaq.
Qeyd edək ki, hər zaman sosioloji böhranlar dövlətdə siyasi gərginliyin başlanğıcı olur.
Sorğu
Yeni dizaynımız necədir?