GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » FED-in uçot dərəcəsini aşağı salmasının mümkün təsirləri nə olacaq? - TƏHLİL

FED-in uçot dərəcəsini aşağı salmasının mümkün təsirləri nə olacaq? - TƏHLİL

Tarix: 29-07-2019, 17:09 Bölmə :İqtisadiyyat Baxış: 549
FED-in uçot dərəcəsini aşağı salmasının mümkün təsirləri nə olacaq? - TƏHLİL


Bu həftə - iyulun 30-31-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək.

İclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25% həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5%) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5%-ə kimi artırdı.

2018 ildə tənzimləyici 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75%-ə, 13 iyunda – 1,75-2%-ə, 26 sentyabrda – 2-2,25% və 19 dekabrda – 2,25-2,5%-ə kimi.

FED sonuncu dəfə iyunun 20-də uçot dərəcəsinin 2,25 - 2,5% səviyyəsində saxlanılmasına qərar vermişdi. Bəs qarşıdan gələn iclasda tənzimləyici son on ildə ilk dəfə monetar siyasətin yumşaldılmasına gedəcəkmi? Uçot dərəcəsinin endirilməsi inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana və əsas ticarət tərəfdaşlarımıza necə təsir edəcək?

Məsələni “Report”a şərh edən ADA Universitetinin Biznes Məktəbinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elkin Nurməmmədova görə, hər nə qədər iqtisadi artım və işsizlik rəqəmləri ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu göstərsə belə, istər statistik, istərsə də ümumi analiz səviyyəsində gələcəyə dair siqnallar vəziyyətin tədricən pisləşəcəyinə işarə edir.

“Mərkəzi bank uzun ötürmə etməyə hazırlaşan futbolçu kimidir. Topu komanda yoldaşının indiki pozisiyasına yox, ünvana çatacağı andakı mövqeyinə ötürməyi bacarmalıdır. Pul siyasəti qərarlarının inflyasiya və iqtisadi aktivlik kimi əsas makroiqtisadi göstəricilərə təsiri də müəyyən vaxt alır - bəzi məqamlarda iki ilə qədər. Mərkəzi bank ancaq mövcud iqtisadi panoramanı nəzərə alıb qərar verməli olsa, gələcəkdə paradoksal situasiya ilə üzləşə bilər. Məsələn yumşaq pul siyasəti ilə iqtisadiyyata təkan vermək istəyər, amma bunun təsiri iqtisadiyyatın böhrandan çıxdığı vaxta təsadüf etdiyindən, sərt pul siyasəti daha münasib görünər.

İnflyasiya rəqəmlərinin uzun müddət FED-in hədəfi olan 2%-dən aşağıda məskunlaşması, cari ilin 2-ci rübündə illik iqtisadi artım tempinin 1-ci rübə nisbətən 1 faiz bəndi aşaği düşməsi, ötən ildə iqtisadi artım tempinin yeni statistik məlumatlar sayəsində 3%-dən 2.5%-ə endirilməsi, ticarət müharibələri və geosiyasi gərginliyin səngiməməsi kimi amillər həm Federal Açıq Əməliyyatlar Komitəsi üzvlərinin, həm də maliyyə bazarları iştirakçılarının bəyanat və çıxışlarında yumşaq pul siyasətinə keçidi, yəni faiz dərəcələrinin endirilməsini şərtləndirir.

Son həftələr yeganə qeyri-müəyyənlik faiz dərəcələrindəki enişin 0.25 və yaxud 0.5 faiz bəndi böyüklüyündə olacağına dair idi. Son statistik məlumatlar fonunda faiz dərəcələrin 0.25 faiz bəndi endirilməsi ehtimalı çox yüksəkdir və 85% investorların ehtimalı bu yöndədir”,- E.Nurməmmədov əlavə edib.

Ekspert hesab edir ki, yumşaq pul siyasəti şəraitində maliyyə axını dalğası adətən üzünü inkişaf etməkdə olan ölkələrə tutur, çünki aşağı faiz dərəcələri şəraitində ABŞ və digər inkişaf etmiş ölkələrdə qazanc əldə etmək imkanları daralır:

“İnvestorlarda nisbətən yüksək gəlirlilik vəd edən inkişaf etməkdə olan ölkələrin aktivlərinə olan risk iştahası artır. Nəticədə bu ölkələr üçün maliyyə şəraiti daha əlverişli olur, yəni həm dövlət, həm də şirkət və banklar səviyyəsində beynəlxalq maliyyə bazarlarından daha ucuz qiymətlərlə borclanmaq imkanı yaranır. Üstəlik, valyuta məzənnələri və yerli aktiv qiymətlərinə olan təzyiq azalır.

Bu baxımdan, Türkiyə və Rusiya mərkəzi banklarının ötən həftə faiz dərəcələrini aşağı endirməsi qərarı məqsədəuyğun idi. Təəccüblü deyil ki, həmin qurumların bu qərarlarını izah edən bəyanatlarına nəzər saldıqda FED-in yumşaq siyasətə üz tutması gözləntisinin əsas amillər arasında sadalandığını görə bilərik. Sirr deyil ki, Azərbaycan iqtisadiyyatına xarici şokların ötürücülüyü əsasən qlobal neft qiymətləri vasitəsilə olur.

Neft qiymətlərinə təsir edən digər amillərin sabit qalması şərtilə, adətən dolların güclənməsi neft qiymətlərinin azalması, dolların zəifləməsi isə neft qiymətlərinin düşməsi ilə müşayiət olunur. Buna görə ölkəmizin makroiqtisadi stabilliyi baxımından FED-in yumşaq siyasətə keçidi müsbət addım kimi qiymətləndirilə bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FED uçot dərəcəsini artırdı - dollar bahalaşacaqmı?

    FED uçot dərəcəsini artırdı - dollar ...

    14-12-2017, 11:17

  • 
  • Dollarla bağlı mühüm qərar verildi

    Dollarla bağlı mühüm qərar verildi ...

    27-07-2017, 01:48

  • 
  • Dollarla bağlı bəd xəbər: Uçot dərəcəsi artırıldı

    Dollarla bağlı bəd xəbər: Uçot dərəcəsi artırıldı ...

    20-12-2018, 10:45

  • 
  • FED növbəti ildən faizləri daha sürətlə artıracaq: Dolları nə gözləyir?

    FED növbəti ildən faizləri daha sürətlə ...

    19-07-2017, 00:27

  • 
  • FED dünənki iclasda dolların lehinə açıqlamalar səsləndirib

    FED dünənki iclasda dolların lehinə açıqlamalar ...

    2-11-2017, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu