Bu il iyunun sonunda Azərbaycan Dövlət Neft Fondunun (ADNF) investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4, 3 milyard ABŞ dolları) təşkil edib.
Bu barədə ADNF-nın bu gün, avqustun 6-da yaydığı məlumatda yazılıb. [/b] Qurum Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın yer almamasına da münasibət bildirib.
ADNF vurğulayıb ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir:
“Bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar, fiskal qurumların balansında olan qızıl ehtiyatlarını birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb”.
[b]Xatırlatma
Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 145 milyard dollar civarında vəsait daxil olduğu deyilir.Bu vəsaitlərin böyük hissəsinin büdcəyə transfert olunduğu, yerli və beynəlxalq layihələrin icrasına sərf edildiyi bildirilir.2019-cu il iyunun sonunda Fondun aktivləri 42 milyard 463.7 milyon ABŞ dollar təşkil edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?