ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) pul bazarında sabitlik yaratmaq üçün dövlət istiqrazlarını geri almaqda davam etsə, bu, dolların digər xarici valyutalar qarşısında məzənnəsini ən aşağı həddə salar.
Bu proqnozla “Morgan Stanley”nin meneceri Hans Redeker çıxış edib. Bu arada prezident Əliyev sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Odur ki, FED-in siyasət dəyişikliyindən və AMB rəhbərinin təltif olunmasından sonra devalvasiya söhbətləri yenidən qızışıb, bu istiqamətdə haqlı suallar yaranıb. Onlara cavab olaraq bildirmək istəyirəm ki, bu iki proses arasında birbaşa əlaqə görmürəm.
Böyük ehtimalla Mərkəzi Bank bu monetar ili devalvasiyasız başa vura biləcək. Amma növbəti illər haqqında bunu 2 səbəbdən demək olmur. Çünki, Azərbaycanın valyuta gəlirləri yaxın gələcəkdə azalmasını şərtləndirən amillər fəallaşıb. Birincisi, cari ildə ölkədə neft hasilatının 2010-cu illə müqayisədə 14 milyon ton azalması gözlənilir. Hesablamalara görə, bu il istehsal səviyyəsi 36 milyon ton ətrafında qərarlaşacaq. İkincisi, proqnozlara görə, dünya bazarında neftin qiyməti növbəti il daha da ucuz olacaq. Hazırda da qiymətlər ucuzlaşmaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?