Yunanıstan hökuməti ümid edir ki, yüksək investisiyalar və vergi endirimləri sayəsində ölkə illər boyu düçar olduğu borc böhranından çıxmağa başlayacaq.
Gələnilki artımın 2019-cu ildəki 2% artımla müqayisədə 2.8% olacağı gözlənilir.
Yunanıstanın ümummilli borcu və işsizlik səviyyəsi avro zonada ən yüksək səviyyədədir. Gözləntilər müqhafizəkar hökumətin parlamentə təqdim etdiyi büdcə layihəsinə əsaslanır.
“Yeni büdcə planı iqtisadi siyasətin radikal şəkildə genişlənməsi, iş yerlərinin yaradılması və gəlir artımına istiqamətlənməsinə işarə edir,” Yunanıstan maliyyə nazirinin müavini Todoros Skilakakis bildirib.
İşsizliyin 17.4 faizdən 15.6 faizə düşəcəyi təxmin edilir.
Rəsmi Afinanın beynəlxalq borcu 331 milyard avroya düşəcək.
Yunanıstanın ümummilli borcu və işsizlik səviyyəsi avrozonada ən yüksək göstəricidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?