İsveçrənin "Hyposwiss Private Bank Geneva SA" şirkəti Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır.
Bunu İsveçrə-Azərbaycan biznes forumunda şirkətin icraçı direktoru Alexey Strunilin deyib. O bildirib ki, sözügedən Bank 1899-cu ildə İsveçrədə təsis edilib: "Bu Bank Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır". O əlavə edib ki, şirkət öz müştərilərinə maliyyə xidmətləri, hüquqi məsləhət və kapital menecmenti sahəsində yardım göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?