GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türkiyə polisi Bakıdakı məşhur bankı araşdırır - “Böyük rüşvət” əməliyyatı

Türkiyə polisi Bakıdakı məşhur bankı araşdırır - “Böyük rüşvət” əməliyyatı

Tarix: 21-01-2014, 21:51 Bölmə :Ölkə Baxış: 1 041
Türkiyə polisi Bakıdakı məşhur bankı araşdırır - “Böyük rüşvət” əməliyyatı
Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın Azərbaycandakı fəaliyyəti araşdırılır.


AzNews.az-a daxil olan məlumata görə, istintaq R.Zərrabla bağlılığı olan və Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam etdirən “NAB Holding”lə bağlı araşdırmalara başlayıb. Belə ki, “NAB Holding”in Türkiyə ilə yanaşı, Azərbaycanda geniş fəaliyyət şəbəkəsinə malikdir.

Holdinqin ayrı-ayrı törəmə şirkətlərinə əslən Cənubi Azərbaycandan olan Nadir, Bəhram və Şəhram Oromi qardaşları rəhbərlik edir.

Bu şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Orominin Rza Zərrabla çox yaxın qohum olduğu bildirilir. R.Zərrabın İranla bağlı həyata keçirdiyi qanunsuz fəaliyyətdə “NAB Holding”in Azərbaycandakı bankı - “Bank of Baku”dan da istifadə etdiyi araşdırma mövzusu olub.

AzNews.az-a daxil olan məlumata görə, hazırda bu istiqamətdə Türkiyədə ciddi istintaq tədbirləri həyata keçirilir.

Xüsusilə də sanksiyaların İrana təsirini azaltmaq və çirkli pulların yuyulmasında “NAB Holding”in iştirakı məsələsi diqqət mərkəzindədir.

Bəzi məlumatlara görə, “NAB Holding”in baş ofisi Dubayda yerləşir və Nadir Oromi tərəfindən idarə olunur. Əsas ofis isə Türkiyənin İstanbul şəhərində yerləşir.

Məlumat üçün bildirək ki, holdinqin təməli 1988-ci ildə “NAB Dış Ticarət Ltd” ilə qurulub. Daha sonra fəaliyyət dairəsini genişləndirərək 2008-ci ildə holdinqə çevrilib.

Mərkəzi İstanbulda yerləşən “NAB Holding”in internet səhifəsində verilən məlumata görə, Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir. Bura avtomobil, maliyyə, xidmət sektorları daxildir.

“NAB Holding” Tacikistanda “Auto Tajikistan” şirkəti ancaq “Hyundai” avtomobillərinin satışını həyata keçirir. Azərbaycanda isə bu siyahı daha genişdir və “Auto Azerbaijan” şirkəti ilə “Hyundai” ilə yanaşı “Chrysler”, “Jeep”, “Dodge”, “Peugeot” və “Geely” markalarının distribütorudur. Pərakəndə satış sektorunda isə şirkət “Baku Electronics”lə fəaliyyətini davam etdirir.

“Samsung”, “Siemens”, “Bosch”, “Tefal”, “Nintendo”, “Moulinex” və “Canon” kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın distribütoru olduğu vurğulanır.

Məlumatlara görə, Azərbaycanda bu markaların 50-dən artıq satış nöqtəsi yaradılıb.

“Bank of Baku”, “Qafqaz Lizinq”, “Buta Sigorta” ilə Azərbaycanda təmsil olunan holdinq, hətta restoran biznesinə da qatılıb. Bakıdakı “Sultan’s Restaurant” ve “Sultan’s Plus” fast-food zənciri də “NAB Holding”ə məxsusdur.

“NAB Holding”in Türkiyədə hazırda araşdırma mövzusu olan fəaliyyəti isə maliyyə sahəsi ilə bağlıdır. Bundan əvvəl də dəfələrlə mətbuat orqanlarında “Bank of Baku”nun İranla bağlı gizli fəaliyyəti barədə məlumatlar yayılıb.

Hətta bankın rəhbəri kimi Şəhram Orominin adı məşhur Wikileaks sənədlərində də çəkilib. Həmin sənədlərdə Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlı kimi təqdim edilir.

Zaman- zaman bu bankın adı da artıq bağlanmış “Royalbank”la birlikdə İranla hansısa əməliyyatlarda çəkilib. Lakin Türkiyədə dekabrın 17-də başlayan “Böyük rüşvət” əməliyyatından sonra iş adamları Rza Zərrab və onun İrandakı ortağı Babək Zəncaninin həbsi məsələni yenidən aktual edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “NAB Holding”dən Rza Zərrab təkzibi

    “NAB Holding”dən Rza Zərrab təkzibi ...

    21-01-2014, 17:13

  • 
  • Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri

    Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri ...

    7-03-2014, 18:19

  • 
  • Səfirliyimiz Rza Zərrabla bağlı araşdırma aparır

    Səfirliyimiz Rza Zərrabla bağlı araşdırma aparır ...

    23-12-2013, 12:22

  • 
  • Kılıçdaroğlu azərbaycanlı iş adamı ilə bağlı önəmli faktları açıqladı

    Kılıçdaroğlu azərbaycanlı iş adamı ilə bağlı ...

    8-05-2014, 11:03

  • 
  • Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti uzadıldı

    Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti ...

    17-02-2014, 21:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu