Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib. Bu barədə Mərkəzi Seçki Komissiyası oktyabrın 18-də keçirilən iclasında elan edilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 118 seşki dairəsində 1606 bələdiyyə şurasında 15156 yerə keşiriləcək.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
2014-ci dekabrın 23-də 1607 bələdiyyədə 15035 yer uğrunda seçkilər keçirilmişdi. 8 bələdiyyədə seçkilərin nəticələri ləğv edilmişdi.
Ekspertlər hesab edir ki, Azərbaycanda bələdiyyə orqanlarının səlahiyyətləri məhduddur. İdarəetmə üzrə bütün səlahiyyətlər demək olar ki, icra hakimiyyəti orqanlarında cəmləşib. Avropa Şurasının Venesiya Komissiyası dəfələrlə bələdiyyələrin səlahiyyətlərinin genişləndirlməsinin vacibliyini bildirib.
Son bələdiyyə seçkilərində müxalifət partiyaları iştirak etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?