GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İsmət Abbasov inəkləri xilas edə bilmir

İsmət Abbasov inəkləri xilas edə bilmir

Tarix: 27-08-2013, 10:08 Bölmə :İqtisadiyyat Baxış: 787
 İsmət Abbasov inəkləri xilas edə bilmir
Bazar qiyməti 115 milyon manat olan 114 447 iri buynuzlu heyvan öldürücü virusa yoluxub; ekspertlər fəlakətin miqyasının daha geniş olduğunu, Kənd Təsərrüfat Nazirliyinin isə real göstəriciləri gizlətdiyini iddia edirlər
Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik artıq 31 rayonu əhatə edib. Bu barədə APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
O bildirib ki, son məlumatlara görə, 114 447 baş heyvanda bu xəstəliyin müalicəsi aparılıb: “Aparılan müalicə 100 faizə yaxın effekt verir, heyvanlar 2-3 gün ərzində sağalır. Lakin xəstəliyin tam müalicəsi 15 gün, 1 ay ərzində yekunlaşır. Gərginlik olduğu kimi davam edir. Problemlər yavaş-yavaş aradan qaldırılır”.
Y.Xanvəli DBX-nin qeyd olunan xəstəliklə bağlı Səhiyyə Nazirliyinə dərman çatışmazlığı haqda müraciət etdiyini də deyib: “Bu dərmanlar həm səhiyyə, həm də baytarlıq apteklərində satılır. Hələ ki mütəxəssislərimizdən dərman qıtlığının yaranması ilə bağlı narazılıq eşitmirik. Artıq hiss olunur ki, bizim müraciətimizə cavab verilib. Həmin rayonların dərmanla təchizatı yaxşılaşdırılıb”.
Mətbuat xidmətinin rəhbəri onu da deyib ki, Bakıda və digər rayonlarda fəaliyyət göstərən baytarlıq laboratoriyalarına təqdim olunan iribuynuzlu heyvan ətlərində məlum xəstəlik aşkarlanmayıb. Movqe.az saytına açıqlamasında isə Y.Xanvəli aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstəliyin artıq 31 rayonu əhatə etdiyini deyib. Onun sözlərinə görə, Lənkəranda, Samuxda və Füzulidə də iribuynuzlu heyvanlar arasında xəstəliyin yayıldığı üzə çıxıb.
Qeyd edək ki, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bu virus ailəsinə məxsus olan şamanda, akabena və aina viruslarının qarışığından yaranan xəstəlikdir. Ağcaqanad və həşəratlar vasitəsilə yayılan xəstəlik mal-qara arasında artıq geniş yayılmaqdadır.
Qeyd edək ki, qansovurucu həşəratlar vasitəsilə yayılan bu xəstəlik hələ 2011-ci ildən Avropa ölkələrində tüğyan edir. Ancaq heyvanlar arasında yayılan bu virus insanlara keçmir.
Yada salaq ki, bir qədər əvvəl Dövlət Baytarlıq Xidməti xəstəliyin öncə 17, sonra isə 28 Aran rayonunda yayıldığı bildirmişdi. Hazırda isə rayonların sayı 31-ə çatıb və regional miqyası da genişlənib. İndi təkcə aran zonası yox, cənub, Şirvan və Aran Qarabağ bölgəsinin iri buynuzlu heyvanları da bu xəstəlikdən əziyyət çəkir. Y.Xanvəli deyir ki, xəstəliyin müalicəsi üçün rayon baytarlıq idarələri gücləndirilmiş iş rejimində çalışırlar.
Təbii ki, fəlakətin miqyası genişdir. 114 447 baş iribuynuzlu heyvanın dəyərini pula çevirəndə yüksək bir məbləğ alınır. Bazarda iri buynuzlu heyvanın orta hesabla 1000 manata satıldığını nəzərə alsaq, bu, 115 milyon manat edir. Bir elə mal-qara məhv olmaq təhlükəsi ilə üzləşib. Təbii ki, balaca məbləğ deyil. Özü də bu, rəsmən etiraf edilən göstəricidir.
Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, nazirlik real göstəriciləri gizlədir. Yəni fəlakətin miqyası daha genişdir. Bunu adi müşahidə əsasında da müəyyən etmək olar. Məsələn, necə ola bilər ki, virus Lənkəranda yayılıb, ancaq ona bitişik Astara və Masallı rayonlarında yox? Şamaxıda yayılıb. Ağsuda yox? Bu, praktiki olaraq mümkün deyil. Sadəcə nazirlik fəlakətin miqyasını azaltmaqla problemin o qədər də böyük olmadığını göstərir. Elə Baytarlıq Xidmətinin məlumatlarında da ziddiyyətləri görmək mümkündür. Məsələn, Y.Xanvəli deyir ki, “gərginlik olduğu kimi davam edir, problemlər yavaş-yavaş aradan qaldırılır”. Gərginlik olduğu kimi davam edirsə, problem necə yavaş-yavaş aradan qaldırılır? Və yaxud də deyir ki, “aparılan müalicə 100 faizə yaxın effekt verir, heyvanlar 2-3 gün ərzində sağalır, lakin xəstəliyin tam müalicəsi 15 gün, 1 ay ərzində yekunlaşır”. Müalicə 100 faiz effekt verirsə və 2-3 günə sağalırsa, tam müalicə niyə 15-30 gün çəkə bilər? Müalicə 15-30 gün davam edirsə, onda effekt heç bir halda 100 faiz ola bilməz. Bu ziddiyyətli fikirlərdən də görünür ki, problemin miqyası daha böyükdür və nazirlik işin öhdəsindən gələ bilmir. Əgər Y.Xanvəlinin açıqlamasına rəğmən bir elə müqavimət fonunda xəstəliyin əhatə dairəsi genişlənirsə, onda effektiv mübarizə haqda nağılları bir kənara qoymaq lazımdır.
Onu da yada salaq ki, kənd təsərrüfatı naziri İsmət Abbasov yayılmış xəstəliyin dövlət hesabına müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib. Görünür, hökumət müraciətə müsbət reaksiya vermədiyindən nazirlik daxili imkanlar hesabına virusa qarşı mübarizə aparır. Daxili imkanlar isə çox məhdud olduğundan effektiv nəticələr yoxdur. Vəsaitin ayrılmaması isə hökumətin Kənd Təsərrüfatı Nazirliyinə, daha dəqiqi, nazir İ.Abbasova etimadsızlığı ilə bağlıdır. Prezidentin məşhur 12 fevral müşavirəsində Kənd Təsərrüfatı Nazirliyini sərt tənqid etməsi, mənimsəmələrə yol verildiyini xüsusi olaraq vurğulaması yəqin ki, hamının yadındadır. Bunun ardınca isə taxıl biçininin uğursuz təşkili, kombayn çatışmazlığının yaranması nazirin “yarıtmaz kadr” imicini möhkəmləndirib. Bunun ardınca virus probleminin ortaya çıxması hökuməti bezdirib və nazirliyə daxili imkanları hesabına problemi həll etmək tapşırılıb. İndiyə qədər nazirliyə vəsait ayrılmaması yalnız bu amillə bağlı ola bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baytarlıq İdarəsinə rəis təyin olunub

    Baytarlıq İdarəsinə rəis təyin olunub ...

    9-12-2013, 17:28

  • 
  • Heydər Əsədovdan 3 kadr dəyişikliyi

    Heydər Əsədovdan 3 kadr dəyişikliyi ...

    6-12-2013, 19:18

  • 
  • Azərbaycanda yenidən quş qripi həyəcanı- MONİTORİNQ

    Azərbaycanda yenidən quş qripi həyəcanı- ...

    10-02-2014, 12:40

  • 
  • DƏHŞƏT: Bərdədə iki il bundan əvvəl kəsilmiş tonlarla ət aşkarlanıb

    DƏHŞƏT: Bərdədə iki il bundan əvvəl kəsilmiş ...

    14-02-2014, 15:21

  • 
  • Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

    Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş ...

    3-12-2015, 21:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu