GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ekspert: “Minimum məvacib 247 manat olmalıdır”

Ekspert: “Minimum məvacib 247 manat olmalıdır”

Tarix: 2-09-2013, 11:44 Bölmə :İqtisadiyyat Baxış: 890
Ekspert: “Minimum məvacib 247 manat olmalıdır”
Prezidentin sərəncamı ilə ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olacaq.

Buna qədər əməkhaqqının minimal məbləği 93,5 manat idi. Minimum əməkhaqqı (MƏH) qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu o deməkdir ki, ölkədə bütün işəgötürənlər öz işçilərinə ən azı 105 manat məvacib verməlidir.

İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına deyib ki, MƏH-in həddinə görə Azərbaycan keçmiş SSRİ ölkələri arasında 8-ci yerdədir: “Baltik ölkələri minimal maaşları Avropa standartlarına çatdırmağa müvəffəq olublar. Bu göstərici Litvada 380, Latviyada 425, Estoniyada isə 422 dollara bərabərdir.

Azərbaycan MDB ölkələri arasında Rusiya (157 dollar), Ukrayna (144 dollar), Türkmənistan (150 dollar) və Belarusdan (155 dollar) geri qalır. Bizdən sonra gələn Qazaxıstanda 121, Ermənistanda 111, Moldovada 110 dollar həcmində minimal məvacib müəyyənləşdirilib. Ukraynada dekabrın 1-dən MƏH 153 dollara, Ermənistanda isə gələn ilin əvvəlindən 124 dollara qaldırılacaq.

Ən aşağı MƏH Qırğızıstanda (17 dollar), Tacikistanda (52 dollar), Özbəkistanda (52 dollar) verilir. Qonşu Gürcüstanda MƏH dövlət qurumlarında 77, özəl sektorda isə 12 dollara bərabərdir”.

Samir Əliyev bildirib ki, Avropaya üz tutduqca MƏH daha da artır: “Türkiyədə əməkhaqqının minimum məbləği 540, Bolqarıstanda 211, Rumıniyada 415, Çexiyada 407, Macarıstanda 440, Slovakiyada 450, Polşada 490, Xorvatiyada 530 dollar təşkil edir.

Qərbi Avropa ölkələrinə getdikcə fərq daha da böyüyür. Portuqaliyada işəgötürənlər öz işçilərinə ayda ən azı 750, Yunanıstanda 910, Maltada 925, İspaniyada 1000, Sloveniyada 1040, İngiltərədə 1550, İrlandiyada 1685, Fransada 1740, Hollandiyada 1815, Belçikada 1820, Lüksemburqda 2040 dollar ödəməyə borcludurlar. ABŞ-da isə minimal maaş 1275 dollardır”.

Ekspert deyib ki, minimum əməkhaqqı Azərbaycanda getdikcə rolunu itirir: “Bir vaxtlar minimum maaşların artımı ümumilikdə ölkə üzrə əmək haqlarının artımını şərtləndirirdi. Bu gün maaşların MƏH-dən asılılığı aradan qaldırılıb. Vergi Məcəlləsinə edilmiş son dəyişiklik nəticəsində vergidən azad olunan məbləğ MƏH ilə yox, yaşayış minimumu əsasında müəyyənləşdirilməyə başlanıb. Azərbaycanda insanların MƏH-dən yararlanma imkanları çox məhduddur.

MƏH-in artımından yeganə olaraq minimal məvacib alanlar faydalanır. Yerdə qalanlar, xüsusən də işəgötürənlər üçün bu artım baş ağrısına çevrilir. MƏH-in artımı avtomatik olaraq sosial sığorta ödənişlərinin həcmini artırır, işəgötürənlər əlavə xərcə düşür”.

Samir Əliyevin qənaətinə görə, Azərbaycanda MƏH-ə yanaşma dəyişməlidir: “İlk növbədə vahid MƏH məbləğindən imtina edilməli, əksər ölkələrdə olduğu kimi əməyin ödənişində minimal məbləğin sahə sisteminə keçilməlidir. Yəni ayrı-ayrı sektorlar üzrə MƏH-in məbləği fərqli olmalıdır.

İkincisi, minimum əməkhaqqının aylıq yox, dünyada tətbiq edilən saatlıq müəyyənləşdirilməsi sisteminə keçilməlidir. Üçüncüsü, MƏH-in məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizini təşkil etməlidir. Nəzərə alsaq ki, hazırda orta maaş təxminən 411 manatdır, minimum məvacib 247 manat olmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • Oliqarxlara aid dəhşətli statistika

    Oliqarxlara aid dəhşətli statistika ...

    22-12-2012, 13:11

  • 
  • Sabah dollar bahalaşacaq

    Sabah dollar bahalaşacaq ...

    12-11-2015, 18:06

  • 
  • Milyonçu ölkənin kasıb müəllimləri

    Milyonçu ölkənin kasıb müəllimləri ...

    21-05-2013, 00:31

  • 
  • Dollar qalxdı

    Dollar qalxdı ...

    3-12-2015, 15:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu