GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Milyonçu ölkənin kasıb müəllimləri

Milyonçu ölkənin kasıb müəllimləri

Tarix: 21-05-2013, 00:31 Bölmə :Ölkə Baxış: 3 237
Milyonçu ölkənin kasıb müəllimləri
Azərbaycan müəllimi Ermənistan müəllimindən 6 kq az balıq yeyə bilər
«Ağlı olan müəllim 200 manata işləyər?». Bunu keçmiş Təhsil naziri Misir Mərdanov deyirdi. Ancaq Azərbaycanda nəinki 200, hətta 100 manata işləyən müəllimlər var. Ölkədə sonuncu dəfə müəllimlərin maaşı 2011-ci ilin dekabrın 11-də 10 faiz artırılıb. Hazırda orta məktəbdə bir ştat (adətən, «stavka» deyilir), yəni həftədə 12 saat dərs deyən yüksək dərəcəli müəllim 172 manat alır. Orta məktəblərdə müəllimlik dərəcələrinə görə maaşlar fərqlənir. Məsələn, 14-cü dərəcəli, yəni baş müəllim həftədə 22 saat dərs deməklə əlinə 330 manat əməkhaqqı alır. Bu məbləğ gəlir vergisi, DSMF, həmkarlar pulu tutulandan sonra qalan maaşdır.

Ali məktəb müəllimi

Ali məktəblərdə, məsələn, BDU-da 20 ildən çox stajı olan dosent əlinə 510 manat alır. Bu məbləğin 160 manatı pullu qəbuldan müəllimlərə ödənən yardımdır. Yəni, dosentin maaşı əslində 350 manatdır. Yardımla birlikdə professorun maaşı – 620 manat. Baş müəllim (yardımla birlikdə əlinə aldığı məbləğ) – 400 manat.
Statistika Komitəsinin saytında müəllimlərin orta aylıq maaşı 256 manat göstərilir. Bu maaş hesablanmış əməkhaqqı fondunun (vergilər çıxılmamaqla) işçilərin sayına bölünməsi ilə müəyyənləşdirilir (hamiləlik və doğuşa, uşağı doğum evindən birbaşa övladlığa götürməyə, həmçinin, uşağa baxmağa görə məzuniyyətə çıxanlar, əməkhaqqı saxlanılmamaqla təhsil müəssisələrində təhsil almaq üçün əlavə məzuniyyətdə olan işçilər və işəgötürənin təqsiri olmadan qrup halında ödənişsiz məzuniyyət verilmiş işçilər istisna olmaqla).
Minimum dolanişıq
2013-cü il üçün əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, ölkə üzrə116 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib. Bir müəllimin ailəsini azı 3 nəfərdən ibarət olduğunu nəzərə alsaq, 3 nəfərlik (digər valideyninin işləyə biləcəyini nəzərə alaraq, bir valideyn + iki övlad) bir ailənin minimum dolanışığının 343 manata başa gəldiyini görərik. Onu da nəzərə alaq ki, İqtisadi Tədqiqatlar Mərkəzi ötən ilin sonunda əməkqabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətini 172 manat 48 qəpik dəyərləndirmişdi. Həmin dəyərləndirməyə görə, bu rəqəm pensiyaçılar üçün təxminən 155 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210 manat olmuşdu.
Hazırda Azərbaycanda Nazirlər Kabinetinin 2009-cu ildə qəbul etdiyi minimum istehlak səbəti qüvvədədir. Bura ərzaq, qeyri-ərzaq və xidmətlər daxildir. Həmin cədvələ görə, əməkqabiliyyətli əhali ildə 150 kq çörək, 30 kq ət, 135 ədəd yumurta yeyir. Xidmətlərə adambaşına 12 kv.m mənzil, 1 ailə üçün gündə bir saat internet və s. daxildir.
Azərbaycanda istehlak səbəti sonuncu dəfə 2009-cu ildə müəyyənləşdirilib, ancaq iqtisadçılara görə, bu səbət reallığa uyğun deyil. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev apa-ya açıqlayıb ki, bugünkü reallıqları və həyat səviyyəsini nəzərə almaqla istehlak səbətinə əlavə mal və xidmətlər də daxil edilməlidir. Bu, mədəniyyət və idman xərcləri, eləcə də mobil rabitə ödənişləridir: «Bugünkü normativlərdə insanların mənəvi və mədəni inkişafı üçün heç nə nəzərdə tutulmayıb. Teatr, kino, sərgilərə getmək, kitabların alınması və s. xərclər yoxdur. Halbuki bunlar insanların mədəni səviyyəsinin yüksəlməsi üçün çox vacibdir».

Gürcüstan və Ermənistanda müəllim maaşı və istehlak səbəti

Qafqazın üç ölkəsində müəllimlərin maaşı orta aylıq əməkhaqqının 53-68, Orta Asiya respublikalarında 60-70 faizi qədərdir. Özəl sektorda da eyni vəziyyətdir.UNICEF-in bir müddət əvvəl açıqlanmış hesabatında da belə deyilir. Gürcüstanda təhsil işçisinin orta aylıq maaşı 2011-ci ildə 319 lari olub, yəni194 dollar. Gürcüstan prezidenti ötən il deyib ki, pedaqoqun tam stavka iləminimum maaşı 350 laridir (təxminən 212 dollar). Bu ölkədə yaşayış minimumu isə təxminən 100 dollardır. Ermənistanda həftədə 22 saat dərs deyən müəllimin orta aylıq maaşının 280 dollar olduğu bildirilir. Panarmenian.net saytı Ermənistanda istehlak zənbilinin 2012-ci ilin dördüncü rübündə ayda 29 min 400 dram, yəni təxminə 70 dollar olduğunu yazır (1 dollar təxminən 417 dramdır). Maraqlı olan Ermənistanda istehlak səbətinin tərkibidir. Bu səbətdə ilə 11 kq balıq nəzərdə tutulur, Azərbaycandakı istehlak səbətində isə bu rəqəm cəmi 5 kq-dır.
Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanov üçün yeni il hesablanması...

    Misir Mərdanov üçün yeni il hesablanması... ...

    14-12-2012, 12:27

  • 
  • Əlil puluna tamah salan təhsil işçiləri

    Əlil puluna tamah salan təhsil işçiləri ...

    12-12-2013, 21:27

  • 
  • Bakıda maaşı kəsilən müəllimlər kütləvi şəkildə etiraz etdilər

    Bakıda maaşı kəsilən müəllimlər kütləvi şəkildə ...

    8-12-2013, 23:56

  • 
  • Hökumət müəllim və həkimləri aşağıladı

    Hökumət müəllim və həkimləri aşağıladı ...

    3-12-2012, 01:45

  • 
  • Deputatların maaşı qaldırıldı - Siyahı

    Deputatların maaşı qaldırıldı - Siyahı ...

    10-12-2013, 13:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu