Belə davam edərsə karantin cəriməsi hazırda ucuzlaşan neftdən itkiləri əvəz edən "əsas gəlir" mənbəyinə çevriləcək.
Aprelin 5-ə olan məlumata görə, xüsusi rejimli karantin dövrü ərzində qaydaların pozmalarına görə, 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qəti-imkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18 767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Əgər cərimələn sadə şəxslərdirsə və minimal olaraq 100 manatdan hesablanıbsa, onda yalnız cərimələrdən ən azı 1 milyon 867 min 600 manat vəsait əldə edilib. ADR Hərəkatı üzvlərinin və digər fəalların son 2 gündə heç bir əsas olmadan Sumqayıt və Qubadlı polis bölmələrinə çağrılıb, xəbərdarlıq olunması, cərimələnməsi və həbs edilməsi göstərir ki, siyasi hakimiyyət karantin rejimindən azad sözü və fikri susdurmaq, demokratiyanı boğmaq məqsədilə də istifadə edir.
Sorğu
Yeni dizaynımız necədir?