Martın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin üzvü Anar Məlikov 10 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində məlumat yayıb.
Anar Məlikov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) təqsirli bilinib.
“Anar bəyi isə feysbukdakı yazılarına görə həbs ediblər. Bu hakimiyyətdən bir nəfər çıxıb izah edə bilərmi ki, feysbukda yazılan status “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini” necə poza bilər? Bu qədər də absurd ola bilərmi?” Əli Kərinli qeyd edib.
Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev də “epidemiya əleyhinə rejim” qaydalarını pozmaqda günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
“O nəinki "epidemiya əleyhinə rejim qaydaları"nı pozurdu, əksinə virusla mübarizəyə kömək edirdi, hətta şəhərin mərkəzində pulsuz tibbi maska paylayırmış. Allah bu milləti hər cür viruslardan və virusların şərindən qorusun!” AXCP sədri yazır.
Rəsmi qurumlar hər iki şəxcin həbsi ilə bağlı hələ məlumat yaymayıb.
Sorğu
Yeni dizaynımız necədir?