Exxon Mobil şirkəti Azərbaycanın ən iri neft yatağındakı payını yenidən satışa çıxarıb. Bu barədə Reuters xəbər agentliyinə istinadən The New York Times qəzeti yazıb.
Bank və neft sənayesi ekspertləri addımın neft qiymətlərinin çöküşündən bəhrələnməyə çalışan Asiyanın neft-qaz nəhənglərindən maraqla qarşılandığını bildirir.
ABŞ-ın ən iri neft-qaz şirkəti ilk öncə Azəri-Çıraq-Günəşli yatağındakı 6.8 faizlik payını 2018-ci ildə satmağa cəhd göstərmişdi. Onun rəqibi Chevron isə bu yataqdakı 9.57 % payını satmışdı.
Chevron Macarıstan enerji firması olan MOL-a öz payını satışını noyabrda həyata keçirmişdi. Həmin satışın həcmi $1.57 milyard dəyərində idi.
Exxon neftin barelinin $30 dollar civarına düşdüyü ərəfədə prosesə yenidən start verib.
Azərbaycan dövlət neft şirkəti SOCAR-ın rəsmiləri xəbəri şərh etməkdən imtina edib.
Həmin paya maraq göstərən Asiya şirkətləri sırasında Çin Milli Ofşor Neft Korporasiyası, Hindistanın ONGC və İndoneziyanın Pertamina şirkətlərinin olduğu deyilir. Onlar həmin payı əvvəl qiymətləndirildiyindən daha ucuz qiymətə almağa ümid bəsləyirlər.
Sorğu
Yeni dizaynımız necədir?