“Rabitəbank” ASC-yə bağlanan bankdan yeni departament rəhbəri gəlib.
GundemXeber.Az Banker.az-a istinadən xəbər verir ki, yeni departament direktoru İsi Mustafayevdir. O, cari aydan (iyuldan) başlayaraq Xəzinədarlıq Departamentinin direktoru vəzifəsində çalışacaq. Buna qədər isə may ayında lisenziyası ləğv edilən AG Bank-da eyni vəzifədə idi.
Xatırladaq ki, bundan öncə Rabitəbank-da bu departamentə Oqtay Qasımov rəhbərlik edirdi.
Sorğu
Yeni dizaynımız necədir?