İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir struktur dəyişikliyi baş verib.
İTV-nin Analitik Proqramlar Departamenti ləğv edilib. Həmin departament isə teleşirkətin İnformasiya departamenti ilə birləşdirilib. Artıq həmin departamentin də adı dəyişdirilərək, İnformasiya və İctimai-Siyasi Proqramlar Departamenti adlandırılır.
Onu da qeyd edək ki, Analitik Proqramlar Departamentinin direktoru Füzuli İsmayılovun ötən ilin noyabrında vəzifəsindən azad edilib. Hazırda İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə Mehparə Quliyeva rəhbərik edir və həmin departamentin hazırladığı proqramlar Şaiq Məmmədovun (Baş direktorun müavini) kurasiyasındadır.
Xatırladaq ki, Cəmil Quliyev teleşirkətə rəhbər seçildikdən sonra kanalda bir sıra kadr və struktur islahatları həyata keçirilib. Bir neçə ay öncə televiziyanın Film Və Dublyaj Departamenti ləğv edilmişdi və həmin departamentə də F. İsmayılov rəhbərlik edirdi.(lent.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?