Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 49 659,6 milyon ABŞ dolları təşkil edib.
Bunun 87%-i və yaxud 43 223,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 436,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 916,3 milyon ABŞ dolları və yaxud 4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 873,8 milyon ABŞ dolları və yaxud 4,5%, AMB-nin valyuta ehtiyatlarında isə 42,5 milyon ABŞ dolları və yaxud 0,7% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 256,5 milyon ABŞ dolları və yaxud 2,6% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 759,6 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 496,9 milyon ABŞ dolları və yaxud 8,4% artım nümayiş etdirib./report.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?