“Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz "Sabit"dir.
Sabit proqnoz, 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsinə və iqtisadi daralmaya baxmayaraq, gələn ildən başlayacaq böyüməni, Azərbaycanın fiskal və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağını özündə əks etdirir.
"Biz orta müddətdə Azərbaycan iqtisadiyyatının orta səviyyəli inkişafını oxşar iqtisadi inkişaf səviyyəsinə malik ölkələrlə müqayisədə gözləyirik. Güman edirik ki, manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri tərəfindən dəstəklənəcək", - "S&P" bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?