Koronavirus infeksiyasının yayılması səbəbindən 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatına dəyən ümumi zərər 7 trilyon dollara çatacaq.
Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadçısı Lorans Bun bildirib.
“Biz 2021-ci il üçün proqnozumuzu dəyişməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə bərpa olunmayacaq. Biz hələ uzun müddət virusla yaşamalı olacağıq. 2021-ci ilin sonunadək dünyanın ümumdaxili məhsulu 7 trilyon dollar itirəcək. Bu, çox ciddi şokdur”, - deyə Lorans Bun qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?