İlk 3 ayda İranla müharibənin zərəri 1.7 trilyon dollar olacaq
gundemxeber.az Amerika Alimlər Federasiyası-FAS İrana qarşı mükün hücumun ziyanlarını hesablayıblar. Federasiyanın xüsusi layihələr üzrə direktoru Mark Conson mövzu ilə bağlı açıqlama verərək bildirib ki, İrana qarşı edilən ilk hucüm nəticəsində neftin qiyməti 250 dollara qalxacaq. Bu isə dünya iqtisadiyyatına daha ağır zərbə olmasına yanaşı baş verəcək müharibənin xərclərini fantastik şəkildə artıracaq. Ümumiyyətlə əgər İrana qarşı hücum gerçəkləşərsə, müharibənin ilk 3 ayında dünya iqtisadiyyatına 1.7 trilyon dollar məbləğində ziyan dəyəcək. Amma ABŞ İranın nüvə enerjisi məsələsində dialoq və sülh yolunu seçərsə, bu dünya iqtisadiyyatına 60 milyard dollar civarında xeyir gətirəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?