Komitə sədri obyektləri öz adamlarının adına özəlləşdirmək üçün nələrə əl atıb? gundemxeber.az Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və onun rəhbəri Kərəm Həsənov haqda geniş araşdırmaya başlamamızın çoxsaylı səbəbləri var. Məsələ burasındadır ki, adı çəkilən komitə və onun rəhbəri bu gün əhalinin ən çox narazı qaldığı və şikayətçi olduğu bir ünvandır və onların hamısı sadə vətəndaşlardan tutmuş, iri sahibkarlara qədər böyük bir kontingenti əhatə edir.
Fərhad Əliyev və Heydər Babayevin kölgəsində
Əslində, Kərəm Həsənovun belə bir addım atmasının və vətəndaşların başına oyun gətirməsinin əsaslı səbəbləri var və bütün bunların kökündə də onun daha arxayın hərəkət etməsi üçün indiyə qədər gördüyü işləri diqqət mərkəzinə çəkmək lazım gəlir. Ilk olaraq, Iqtisadi Inkişaf Nazirliyində çalışdığı dövrdən başlatdığı fəaliyyətinə nəzər yetirək. Sabiq nazir Fərhad Əliyevin yanında özünə heç də kiçik olmayan bir post əldə edən Həsənov qısa müddət ərzində özünü sabiq IIN başçısının ən etibarlı adamına çevrilmək şansına sahib olur. Eyni rayondan olan bu iki şəxslərin gördüyü işlər sayəsində onlarla müxtəlif tərkibli işlərə imza atılır. Həmin dönəmlərdə Kərəm Həsənov Fərhad Əliyevin adı ilə elə oyunlardan çıxır ki, nəticədə yüzlərlə sahibkarın az qala ağzı açığa qalır. Təbii ki, bütün bu əməllərini sığortalamaq üçün onun əlində olan imkanları da işə salmamış dayanmır. Məsələn, Kərəm Həsənov Fərhad Əliyevin həyata keçirdiyi işlərlə bağlı bütün məlumatları bir araya gətirərək, onu dosye halına çevrib yuxarılara ötürməyə başlayır. Bu azmış kimi, departament rəhbəri sabiq nazirin postunun laxladığını görüb, fəaliyyətini bir qədər də artırır. Nəticədə, dosyelər daha da qalınlaşır və sabiq nazirin həbsinə qədər gedib çıxır. Kərəm Həsənovun “dosye”si o qədər qabarıqdır ki, bu başından başlayıb, o biri başına qədər getmək belə mümkün olmur. Bir zamanlar kasıb həyat tərzi keçirən, daha sonra isə Fərhad Əliyev və Heydər Babayevə sığınaraq, oyunbazlıq sayəsində hörmət qazanan komitə sədri bu gün ölkənin ən varlı simalarından biridir. Bu yazımızda özəlləşdirmə prosesində baş verən olaylarla bağlı geniş bilgi verməyə çalışacağıq. Nəzərinizə çatdıraq ki, bütün bunlar faktdır və bunları təkzib etmək Həsənov üçün heç də asan məsələ olmayacaq.
Prezidentin sərəncamı qazanc mənbəyinə çevrilib
Başlayaq, Həsənovun qanunları biri kənara qoyub, öz bildiyi şəkildə hərəkət etməsi üzündən sahibkarlara dəyən ziyandan. Həmin addımlar sayəsində ƏMDK-nin rəhbəri Kərəm Həsənov Prezident İlham Əliyevin 2006-cı il 23 avqust tarixli «Azərbaycan Respublikasının dövlət müəssisələrinin idarə olunması və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirməsi üzrə əlavə tədbirlər haqqında» fərmanını ciddi şəkildə pozur. Indi isə bu pozulma hallarına diqqət yetirək. Bildirək ki, dövlət əmlakının özəlləşdirilməsi proqramının e.8 bəndində aşağıdakı məzmunda əlavələr edilib: «Orta və iri müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya müsabiqələri və ya fərdi layihələr üzrə özəlləşdirilməsi barədə qərar qəbul edildikdə, investisiya müsabiqəsinə və ya fərdi layihə üzrə satışa yönəldilən səhm zərfi nəzərə alınmaqla, səhmlərin yerdə qalan hissələri (əmək kollektivinə güzəştli satışa yönəldilən hissə istisna olmaqla) prezidentin və ya Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə bərabər nisbətdə bölünməklə pul hərraclarına və ixtisaslaşdırılmış çek hərraclarına yönəldilir». Kərəm Həsənovun respublika Müalicəvi Diaqnostika və respublika Stomatoloji Mərkəzi bazasında səhmdar cəmiyyətlərinin yaradılması haqqıda sərəncamı ilə prezidentin fərmanına zidd olaraq bu ASC-nin praktiki olaraq bütün səhmləri (99,9 faiz) investisiya müsabiqəsinə yönəldilib. Təbii ki, komitə rəhbərliyi burada qeyri-qanuni bir iş görmür. Formal hərracları da buraya əlavə etsək, vəziyyətin nə qədər dramatik olduğunu görə bilərik. Hərrac maxinasiyaları
Hərracda iştirak edən vətəndaşların bildirdiklərinə görə, ödənilmə üçün təqdim edilən özəlləşdirmə çeklərinə özəlləşdirilən müəssisələrin xeyrinə qanunsuz məhdudiyyətlərin tətbiq olunması davam edir. Hərrac iştirakçılarından ən çoxu 60 çek (1 özəlləşdirmə payı - 4 çek) alınıb. Hərracın sonuncu günlərində limit 3 payadək azaldılıb, zona bölmələrinə isə ümumiyyətlə çek qəbul etməmək tapşırılıb. Yenə də komitədən təkzib gəlir. Amma faktlara diqqət yetirdikdə, ortalıqda nələrin baş verdiyini görmək elə də çətin olmur. Məsələn, 107-ci çek hərracına ölkənin müxtəlif rayonlarında yerləşən yeddi ASC- nin 1e% səhmi çıxarılıb. Bu səhmdar cəmiyyətləri tərəfindən ümumilikdə 190 997 səhm emissiya edilib. Bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Hərracda 29 396 səhm təklif olunub. Bu ASC- lərin səhmlərinin 40% -i 100-cü və 106-cı hərraclarda satılıb. Çek hərraclarında fəal iştirak edən şəxslərin dediyinə görə, məhduduyyətlər əksər hallarda ona görə qoyulur ki, müəssisələrin səhmlərinin nəzarət zərfini ələ keçirmək asan olsun. Əks halda dövriyyədən daha çox çek çıxarıla bilər. Onların sözlərinə görə, indi hərraclara səhm zərfləri Fərhad Əliyevin dövründəkindən fərqli olaraq hissə-hissə, yəni kiçik lotlarla (ee faiz deyil, 1e-1e-2e faizlik hissələrlə) çıxarılır. Həm də hərraclara qoyulan səhmdar cəmiyyətlərin tam əksəriyyəti fəaliyyətsizdir və yaxın 5-10 il üçün heç bir perspektiv vəd etmir. Gəlir gətirən və gələcəkdə işləmək ehtimalı olan müəssisələr isə adətən ya əsassız olaraq, ya investisiya müsabiqəsinə, ya da özəlləşdirmə proqramına zidd olaraq kiçik müəssisə kimi pul hərracında satılır. Bu işdən məqsəd tam aydındır: Əmlak komitəsi müəssisənin səhmlərini və əmlakını bir şəxsə satmaqla, onu həm gələcəkdə dividend tələb edəcək səhmdarlardan xilas edir , həm də bu işdən yaxşı pul çıxarır. Qanunu pozmaq sizə elə-belə gəlməsin, kişilər risk altına girirlər. Ancaq məsələ bununla da bitmir. Iş burasındadır ki, Kərəm Həsənov hətta elə bir oyun çıxarıb ki, kimsə bundan baş belə açmaq gücündə deyil. Gördüyü bütün işləri təbii ki, yuxarıların boynuna yıxmaqla canını qurtarmağa çalışan komitə sədri elə zənn edir ki, hamını Fərhad Əliyev və ya Heydər Babayev kimi xərcləyə bilər. Amma deyəsən, belə davam edəcəyi təqdirdə durum daha da qəlizləşəcək. Çünki Həsənov topu artıq başqa qapıdan deyil, öz qapısından keçirməyə hazırlaşır.
Ələ keçirilən obyektlər
Elə zənn etməyin ki, Həsənovun özünə «imperiya» qurmaq cəhdləri bununla bitir. Əksinə, artıq ölkənin ekspertləri, hətta sıravi vətəndaşları da bilir ki, komitə sədri obyektləri ələ keçirmək üçün bütün vasitələrdən istifadə etməkdədir. Bir müddət əvvəl müstəqil ekspert Şahin Əlizadə bununla bağlı çoE maraqlı fikirlər açıqlamışdı. Ekspertin sözlərinə görə, fond bazarında vəziyyət kritikdir. «Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlərin səhmlərinin sayının kəskin şəkildə azalması və həmin cəmiyyətlərin əsasən (99 faiz) regionlarda yerləşməsi fond bazarına mənfi təsir edib. Çünki səhm bazarını aktivləşdirən amillərdən biri və ən əsası yeni özəlləşdirməyə çıxarılmış səhmdar cəmiyyətlərin səhmləri idi. Bundan əlavə, Əmlak Komitəsinin aktiv iştirakı ilə əvvəlcə «Aydın və Fəxrəddin Quliyev qardaşları adına Binəqədi İnşaat Sənaye» ASC-nin, daha sonra «Xətai Tikinti Sənaye» ASC-nin ləğv edilməsi ona gətirib çıxardı ki, səngimiş aktivlik heçə endi. «Binəqədi İnşaat Sənaye» ASC-nin ləğvi nəticəsində e4a min manat dəyərində olan səhmlər səhmdarlardan müsadirə olundu. Və müsadirə onunla əsaslandırıldı ki, komitə sədri Kərəm Həsənov və komitə sədrinin müavini rüstəm Şahbazov səhmdar cəmiyyəti qiymətləndirərkən ciddi nöqsanlara yol verib və bu səbəbdən də səhmlərin müsadirə olunmasına ehtiyac yaranıb. Bu cür variantlara əvvəllər də əl atılıb. Belə ki, «GəncəBazar» ASC-nin səhmlərinin 1e faizinin kollektivə satışı zamanı ciddi nöqsanlara yol verildiyi məhkəmə tərəfindən aşkar olunub və həmin kollektivə satışdan sonra yerdə qalan 13 faizə yaxın səhmlər çek hərracı vasitəsilə özəlləşdirildiyindən, Kərəm Həsənov öz sərəncamı ilə həmin səhmləri geri alıb. Kərəm Həsənov məhkəmə qərarı ilə deyil, öz sərəncamı ilə səhmlərin 4 faizini kollektivə satır, qalan 9 faizini isə hərraca çıxararaq 300 vətəndaşa satır. Bununla razılaşmayan kollektiv üzvləri yerli məhkəmələrə şikayət edərək, oradan bir nəticə görmədiyindən, Avropa Məhkəməsinə üz tuturlar». Komitə sədri özü özü məhkəmənin funksiyalarını həyata keçirir
Hər halda bütün bunların nələr olduğunu düşünmək heç də çətin məsələ deyil. Yəni, Kərəm Həsənov özündə o qədər cəsarət tapıb ki, hətta məhkəməni bir kənara qoyub, özü məhkəmənin funksiyalarını həyata keçirir. Əks halda, baş verənləri başqa şəkildə izah etmək belə mümkün deyil. Amma bəzi hallarda Kərəm Həsənov məhkəmə əliylə də obyektləri ələ keçirmək üçün addımlar atır. Bunun üçün əvvəlcə Kərəm Həsənov dövlət mülkiyyətində olan, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrindən qanunsuz istifadə hallarının müəyyən edilməsi məqsədilə monitorinqlər apartdırır. Təbii ki, öz adamlarının əliylə həyata keçirilən prosesin sonunda kimlərinsə evini yıxmaq asanlaşır. Həmin monitorinqlər sayəsində təkcə ötən il 1aa-dən çox müəssisə və obyektin torpaq sahələrindən «qeyri-qanuni» istifadə halları aşkarlanıb. Həmçinin, 20-dən çox obyekt üzrə məhkəmlərdə iddialar qaldırılıb. Bir məlumatı da diqqətinizə çatdıraq. Hələ bir müddət əvvəl 8-ci km qəsəbəsində yerləşən bazar iki dəfə yandırıldı. Bunun səbəblərini araşdıran tərəflər yekunda qərar verə bilmədilər və ya vermək istəmədilər. Çünki işin bir ucunun haralara qədər gedib çıxdığını yaxşı bilirdilər. Iki nazirin başını yemiş bir adama qarşı çıxmaq isə onların həddi deyildi. Amma bazarda çalışan insanlar isə nələrin baş verdiyini açıq şəkildə dilə gətirməkdən çəkinmirdilər. Məsələn, onlardan bir-neçəsi deyirdi ki, bazarın münaqişə mənbəyi olması yanğınların davamlı olmasına gətirib çıxarır. «Bu səbəbdən də buranın rəhbərliyi tez-tez dəyişdirilir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov neçə illərdir ki, bazarda işləyən 1000 nəfər ticarətçinin taleyi ilə oynayır. İndi də bu bazarı Fəxrəddin adlı birinə tapşırıb. Bazardan yığılan bu qədər pulun kimin çibinə getdiyi məlum deyil. Heç kəs bu gün bilmir ki, yanan mağazalar bazara aiddir, yoxsa ayrı-ayrı şəxslərə. Bəziləri belə söyləyir ki, Kərəm Həsənov bu ərazini kimlərəsə satıb. Bir sözlə, bazarı elə qarışdırıblar ki, it yiyəsini tanımır. Bazara gündə bir adam rəhbərlik edir. Biz belə qənaətə gəlmişik ki, bu yanğınları törədənlər də elə həmin şəxslərdir . Bütün bunların sadəcə, «jurnal» olduğunu düşünün. Növbəti yazılarda komitə sədri Kərəm Həsənovun elə əməlləri ilə tanış olacaqsınız ki, tükləriniz biz-biz dayanacaq. Hər halda bir komitə sədrinin bu qədər oyunlar oynayıb, yekunda hər şeydən kənarda qalmasının nə sirr olduğunu da özünüz müəyyən etməyə çalışın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?