GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə təsir edəcək

Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə təsir edəcək

Tarix: 30-09-2020, 13:00 Bölmə :İqtisadiyyat Baxış: 590
Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə təsir edəcək


Rəşad Həsənov: “Rublun dəyərsizləşməsi həm də məhsullarımızın Rusiya bazarına çıxarılması üçün mövcud olan iqtisadi dayaqları zəiflədir”

Xəbər verdiyimiz kimi, Rusiya rublu ucuzlaşmaqda davam edir. Sentyabrın 29-da Moskva birjasında 1 avro 92 rubla qalxıb. Bu, 2016-cı ilin yanvarından sonra ən yüksək göstəricidir. Mərkəzi Bankın sabaha elan etdiyi məzənnədə də dolların kursu daha 64 qəpik qalxıb və 78,85 rubla çatıb. Ekspertlərin qənaətinə görə, hazırda rublun kəskin ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatına artan xarici təzyiqlər, koronavirus pandemiyasının ikinci dalğası və Aleksey Navalnıya görə əlavə sanksiya tətbiqi haqda müzakirələrdir.

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi, həmçinin Rusiyada 2 milyona yaxın həmyerlimizin yaşaması, əmək bazarında təmsil olunması, oraya qazanc məqsədilə gedənlərin Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitlər və sair məqamlar rublun ucuzlaşmasının ölkəmizə iqtisadi baxımdan müəyyən təsirlərinin olması deməkdir. Bir tərəfdən Rusiyadan idxal sərfəli hala gəlir, digər tərəfdən isə Azərbaycanın bu ölkəyə ixrac etdiyi kənd təsərrüfatı məhsulları bazara dollarla daxil olduğu üçün bahalaşır. Rusiyada yaşayan həmyerlilərimizin yığımları da dollar ifadəsində dəyər itirdiyindən Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına təsir göstərir.

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki halda Rusiya rublu uzun müddətdir nümayiş etdirmədiyi dinamikanı göstərdi: “Ancaq hələlik qısamüddətli dövrdə qiymətləndirmələrin aparılması doğru deyil. Birjalarda bu volatillik hər zaman müşahidə olunur. Böyük ehtimalla neftin qiymətindən yaranmış risklərdən qaynaqlanır. O cümlədən pandemiyanın Rusiya iqtisadiyyatına təsirləri dərinləşdikcə bununla bağlı olaraq digər valyutalar qarşısında zəifləyir. Digər tərəfdən isə son bir neçə həftə ərzində ABŞ dollarının dünya bazarında mövqeyi artmaqdadır. Tədiyyə balansında yaranan kəsir, xarici ticarət saldosunun neqativ dinamika nümayiş etdirməsi bu gün birjalarda valyutaya olan tələblə təklif arasındakı tarazlığın pozulmasına və rublun dəyərsizləşməsinə gətirib çıxarıb”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı vurğuladı ki, rublun dəyərsizləşməsi uzun müddət davam edərsə, bu həm də Azərbaycana Rusiyadan göndərilən vəsaitlərin həcminə mənfi təsir göstərəcək: “Çünki orada yaşayanların gəlirlərinin dəyərsizləşməsi yığım imkanlarına mənfi təsir göstərir. Biz bunu 2014-cü ildən sonra yaranmış situasiyada da müşahidə etmişdik. Birdən-birə Rusiyadan göndərilən vəsaitlərin həcmində 60-70 faiz azalma baş vermişdi. Orta və uzunmüddətli dövrdə rublun dəyərsizləşməsi müşahidə edilərsə, bu zaman vəsaitlər də azalacaq. Bu, təbii bir prosesdir. İkincisi, iş yerlərinin bağlanması ilə işsizlik artacaq ki, bu da Rusiyada çalışan həmyerlilərimizin Azərbaycana qayıtması ilə nəticələnə bilər. Çünki ölkəmizdə əmək bazarında müəyyən qədər gərginliyi artıra bilər”.

R.Həsənovun sözlərinə görə, üçüncü bir məsələ odur ki, rublun ucuzlaşması Rusiya istehsalı olan məhsulların dəyərinin düşməsinə və Azərbaycan bazarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq: “Son nəticədə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsində mənfi saldo var, bu mənfi saldo bir qədər də arta bilər. Yəni Rusiyadan Azərbaycana ixracın həcmi arta bilər. Çünki rublun dəyərsizləşməsi həm də Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması üçün mövcud olan iqtisadi dayaqları zəiflədir. Bəzi hallarda isə rəqabətliliyi aşağı salır. Bu baxımdan Azərbaycanın da Rusiyaya ixracı azala bilər, beləliklə iki ölkə arasında xarici ticarət əlaqələrində mənfi saldo Azərbaycanın zərərinə dinamika müşahidə etdirə bilər”.

Hazırkı müharibə şəraitinin manat üçün yaratdığı risklərə gəlincə, R.Həsənov bildirdi ki, hazırda əhalinin qayğıları cəbhə ilə bağlıdır və bu mövzunu müzakirə edib əhalidə əlavə narahatlıq yaratmağa ehtiyac duyulmur: “Ümumilikdə xarici ticarət tərəfdaşlarında valyutanın dəyərsizləşməsi Azərbaycan üçün də müəyyən qədər risklər formalaşdırır. Çünki bizdə sabit məzənnədir və bu baxımdan Azərbaycandan xaricə valyuta axını rəsmi və qeyri-rəsmi yolla müşahidə oluna bilər. İndiki şərtlər daxilində böyük ehtimalla Azərbaycan hökuməti və Mərkəzi Bank sabit məzənnə siyasətini davam etdirəcək. Bu baxımdan təzyiqlər artsa da bunun birbaşa olaraq, biznesə, vətəndaşa, maliyyə sektoruna zərəri olmayacaq. Çünki hökumət həmin təzyiqləri alternativ mənbələr, Neft Fondu hesabına neytrallaşdırmağa çalışacaq. Bugünkü şərtlər daxilində doğru yanaşma budur. Azərbaycan vətəndaşının bu istiqamətdə narahat olması üçün mən hər hansı ciddi əsas görmürəm”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56

  • 
  • Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam edəcək

    Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam ...

    12-11-2014, 12:17

  • 
  • Rubl çabalayır

    Rubl çabalayır ...

    21-01-2016, 20:58

  • 
  • Vüqar Bayramov: Lirənin ucuzlaşması, rublun büdrəməsi Azərbaycanda dollara tələbi artıırıb

    Vüqar Bayramov: Lirənin ucuzlaşması, rublun ...

    21-08-2018, 14:44

  • 
  • Rubl kəskin ucuzlaşdı

    Rubl kəskin ucuzlaşdı ...

    6-09-2018, 22:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu