Rusiya rublu yanvarın 21-də ABŞ dollarına nisbətdə azı 3 dəfə ucuzlaşıb. Moskva birjasında 1 ABŞ dolları tarixi həddə 86 rubla qalxıb. Bu 1998-ci ildən bu yana görünməyib. Avro isə 94 rubla satılıb. Amma dünən axşama doğru bir qədər möhkəmlənərək 83,59-a düşüb. Onu da qeyd edək ki, bu “Rusiya Bankı”nın məzənnəsidir. Kremlin mətbuat katibi Dimitry Peskov rublun iflasa uğraması ilə bağlı jurnalistlərin fikriylə razılaşmayıb. O bildirib ki, məzənnə doğurdan da dəyişir, amma buna iflas demək olmaz. Qeyd edək ki, buna səbəb dünya bazarında neftin kəskin ucuzlaşmasıdır. Hazırda Brend markalı neftin bareli 27 dollar 78 sentdir. İranın beynəlxalq sanksiyaların qaldırılmasından sonra gündəlik bazara 500 min barel neft çıxarması isə neftin düşməsini daha da sürətləndirib. Həmçinin Ukrayna münaqişəsinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?