Ermənistan parlamenti bu gün 2021-ci il üçün dövlət büdcəsi layihəsini qəbul edib.
84 deputat layihənin lehinə, 14-ü isə əleyhinə səs verib.
Büdcə layihəsi müdafiə xərclərini artırmağı nəzərdə tutur. Belə ki, müdafiə xərcləri təxminən 10,1 milyard dram artaraq təxminən 218 milyarda (təxminən 430 milyon ABŞ dolları) çatacaq. Eyni zamanda 2021-ci ildə müdafiə texnologiyalarına ayrılan vəsait təxminən 20 % artacaq, lakin mütləq rəqəm ifadəsində nisbətən az qalacaq - 4,5 milyard dram və ya 10 milyon ABŞ dollarından bir qədər az.
Eyni zamanda əsasən koronavirus səbəbi ilə ləğv edilən kütləvi tədbirlər xətti ilə elm və mədəniyyət xərcləri bir az azalacaq. Səhiyyə xərcləri, demək olar, 2020-ci il səviyyəsində qalacaq (cəmi 2 % artacaq).
Əvvəlki illərlə müqayisədə dövlət borcuna xidmət xərcləri artacaq. 2017-2018-ci illərdə o, 140 milyard dramı (275 milyon ABŞ dolları) keçmirdisə, 2020-ci ildə 168 milyard dram təşkil etməlidir, 2021-ci ildə isə təxminən 192 milyard dram nəzərdə tutulur. Bu, bütün büdcə xərclərinin 10 %-dən bir qədər çoxdur.
2021-ci ilin sonuna hökumətin borcu təxminən 8,7 milyard ABŞ dolları və ya ÜDM-in 63,2 %-ni təşkil edəcək. İl ərzində borc yükü təxminən 400 milyon ABŞ dolları artacaq./report/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?