Gündəm Xəbər Ölkə.Az-a istinadən xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq Kanada və Avropa ölkələrinin müdafiə xərcləri barədə maraqlı açıqlamalar verib.
Stoltenberq bildirib ki, 2017-ci ildə Kanada və Avropa ölkələrinin müdafiə xərcləri 4.3 % artacaq. Stoltenberq həm də qeyd edib ki, 2014-cü ildən bu yana müdafiə xərclərində 46 milyard dollarlıq bir artım var. Baş katib deyib: "Beynəlxalq gücümüzü qorumaq üçün müdafiə xərclərinin artırılması lazımdır. Alyansdakı yükün daha ədalətli bir şəkildə bölüşdürülməsi üçün çalışmağa davam etməliyik".
Sorğu
Yeni dizaynımız necədir?