GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “The Economist”dən neftlə bağlı bədbin proqnoz

“The Economist”dən neftlə bağlı bədbin proqnoz

Tarix: 22-12-2020, 12:00 Bölmə :İqtisadiyyat Baxış: 544
“The Economist”dən neftlə bağlı bədbin proqnoz


Ekspertlər qara qızılın orta qiymətinin 45-50 dollar civarında olacağı qənaətindədirlər

İlin son həftəsinə neft ciddi ucuzlaşma ilə başladı. Ötən həftəni 52 dollarla başa vuran Brent markalı neftin fevral fyuçersləri dünən 2,90 dollardan yuxarı ucuzlaşmaqla 49,36 dollara, WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,82 dollar itirməklə 46,28 dollara qədər düşüb. Bunun əsas səbəbini analitik mərkəzlər Böyük Britaniyada COVID-19-un mutasiyaya uğramış yeni və daha böyük sürətlə yayılan növünün tapılması ilə izah edirlər.

Qeyd edək ki, artıq B.1.1.7 adlandırılan yeni növə görə çoxsaylı ölkələr onun yayıldığı Böyük Britaniya, Hollandiya, Cənubi Afrika Respublikası və digər ölkələrlə əlaqələri dayandırmağa başlayıblar. Bu isə COVİD-19-a qarşı hazırlanan vaksinlərin tətbiqinə dair xəbərlərin canlandırdığı neft bazarına neqativ təsirini göstərib. Düzdür, hələ yeni növün öldürücülük əmsalı, kəşf olunan vaksinlərin ona təsirləri barədə heç nə bilinmir. Lakin elə bu qeyri-müəyyənlik də bazar iştirakçılarının pessimistləşməsinə səbəb olur.

İki gün əvvəl Böyük Britaniyanın həftəlik “The Economist” jurnalında 2021-ci ildə dünya neft bazarının vəziyyətinə dair pessimist notlarla dolu material dərc olunub. Materialda qeyd edilir ki, COVİD-19 pandemiyası tələbatın azalmasına səbəb olduğundan 2020-ci ildə ”Brent" markalı neftin 1 bareli 21 dollara qədər düşüb. 2021-ci ildə qiymətlər bir qədər yüksələcək və çox güman ki, “Brent” markalı neftin 1 barreli 50 dollardan bir az baha olacaq, amma bundan o yana keçməyəcək: “Neftə olan tələbat aşağı səviyyədə qalacaq. 2020-ci ildə istehsal həcmi ilə bağlı limitə ciddi riayət edən OPEC+ üzvləri bazarda daha çox paya sahib olmaq üçün daha artıq həcmdə məhsul təklif edəcəklər”.

Nüfuzlu nəşr qeyd edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yürüdəcəyi yeni İran siyasəti nəticəsində bazara çıxarılan neftin həcmi çoxalacaq.

Qeyd edək ki, koronavirusa qarşı uğurlu peyvəndlərin əldə olunmasından sonra xam neftin dünya bazar qiyməti oktyabrın sonundan bəri 33 faiz artmışdı. Bazar iştirakçılarında peyvəndləmə sayəsində orta perspektivdə dünyada iqtisadi aktivliyin güclənəcəyinə, neftə tələbatın artacağına inam yaranmışdı. Lakin Böyük Britaniyada baş verən hadisə bu inamı kəskin şəkildə azaldıb. Artıq dünya mətbuatında yeni növə görə ölkələrin əvvəlkindən daha sərt karantinə gedəcəklərinə dair proqnozlar yer almaqdadır. Bu isə neft bazarının perspektivlərini xeyli qaranlıqlaşdırır.

Bu arada neft bazarında prosesləri tənzimləməyə çalışan OPEK+ razılaşmasının 2 əsas tərəfdaşından biri olan Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz ibn Salman bildirib ki, 2021-ci ildə bazarı hasilatçı ölkələr idarə edəcəklər. Onun sözlərinə görə, OPEK+ tərəfindən qəbul edilən razılaşma 2022-ci ilin sonunadək uzadıla bilər: “OPEC+ çərçivəsində neft istehsal edən ölkələrin iş birliyinə dair bəyannamədə razılaşmanın hər hansı bir konkret müddəti göstərilmir. Bu razılaşma sayəsində əhəmiyyətli nailiyyətlər əldə etməyi bacardıq. Razılaşdıq ki, o, 2022-ci ilin aprel ayının sonunadək qüvvədə olacaq, lakin bu müddət ilin sonunadək uzadıla bilər”.

Ər-Riyadda onunla görüşən razılaşmanın ikinci mühüm tərəfdaşı Rusiyanın baş nazir müavini Aleksandr Novak isə bildirib ki, OPEK+-un bazar operativ təsir imkanları olmalıdır: “Biz hər ay yığışacağıq. Hesab edirik ki, bazar hələ bərpa olunmayıb və hələ də kəskin volatillik mövcuddur”.

Xatırladaq ki, OPEK+ nazirlərinin növbəti görüşü 2021-ci il yanvarın 4-də keçiriləcək. Bu görüşdə bazara əlavə gündəlik 500 min barel neftin çıxarılıb-çıxarılmayacağı müzakirə olunacaq. Hazırda dünyada və neft bazarında baş verən proseslər göstərir ki, OPEK+ ölkələri hasilatı artırmaq barədə qərar qəbul edə bilməyəcəklər. Belə ki, “The Economist”in də qeyd etdiyi kimi, ABŞ-da Co Baydenin hakimiyyətə gəlişi ilə bu dövlətlə münasibətlərini yumşaltmağı hədəfləyən İran neft hasilatını kəskin artırmağı nəzərdə tutur. Bu barədə İranın neft naziri Bijan Zangane məlumat verib. Hazırda Moskvada olan iranlı nazirin səfərinin məqsədi məhz hasilatı artırmaq məsələsini müzakirə etməkdir. Zangane bildirib ki, 2021-ci ildə ölkəsi gündəlik neft hasilatını 4,5 milyon barelə, ixracatl isı 2,3 milyon barelə çatdıracaq. OPEK+ çərçivəsində hasilatı azaltmaq öhdəliyindən ABŞ sanksiyalarına görə azad edilmiş İran hasilatı bu həcmdə artırarsa, bu, dünya bazarında qiymətlərin ucuzlaşmasını şərtləndirər. Buna görə də İrandan gələn xəbərlər koronavirusun yeni növünün yayılması ilə birlikdə hazırda neft bazarına ciddi mənfi təsirini göstərməkdədir.

Onu da qeyd edək ki, Azərbaycan hökuməti neftin gələnilki qiyməti ilə bağlı avqust ayına nisbətən indi daha pozitivdir. Belə ki, 2021-ci ilin yenilənmiş dövlət büdcəsi layihəsində hesablamalar neftin 1 barelinin 35 deyil, 40 dollarlıq qiyməti əsasında aparılıb.



Milli Məclisə dünən daxil olan “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunur ki, pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb: “Qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində ”Brent" markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti 2020-ci ilin yanvar-noyabr ayında orta hesabla 41,0 ABŞ dolları səviyyəsində qərarlaşmışdır ki, bu da ilin əvvəli ilə müqayisədə 35,6 faiz azdır. İl ərzində neftin ən aşağı qiymət səviyyəsi isə cari ilin aprel ayında qeydə alınmışdır. Lakin OPEC və qeyri-OPEC ölkələri arasında neft hasilatının mərhələlərlə azaldılması barədə razılığın əldə olunması və dünya iqtisadiyyatında iqtisadi aktivliyin nisbətən bərpa edilməsi sayəsində cari ilin may ayından etibarən enerji bazarında qiymətlər stabilləşməyə başlamışdır".

Statistik məlumatlardan aydın olur ki, Azərbaycanda neft hasilatının təbii azalması prosesi gedir. Belə ki, 2017-2018-ci illərdə ölkədə 37,8 milyon ton civarında, 2019-cu ildə isə bundan 3,3 faiz az olmaqla 37,4 milyon ton əmtəəlik neft hasil edilib. Bu ilin yanvar-noyabrında əmtəəlik xam neft hasilatı 7,8 faiz azalmaqla 31,6 milyon ton təşkil edib. Bu ilki azalmada OPEK+ razılaşmasına uyğun olaraq Azərbaycanın neft hasilatını aşağı salması da rol oynayıb.

Yeri gəlmişkən, gələn il neft gəlirlərimizin toplandığı Dövlət Neft Fondundan dövlət büdcəsinə bu ilki qədər - 12,2 milyard manat vəsaitin transfert olunması nəzərdə tutulur.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, qlobal neft bazarında baş verən proseslərin Azərbaycan neftinə yalnız qiymət baxımından təsir edir: “2020-ci il istisna olmaqla, bizdə neft hasilatının təbii azalması baş verir. Cari ildə 2019-cu illə müqayisədə neft hasilatında 2,8 milyon ton azalmanın olacağı gözlənilir. Gələn il isə bu illə müqayisədə artım gözlənilir. Düzdür, əsas hasilat mənbəyimiz olan ”Azəri-Çıraq-Günəşli" yatağında hasilat azalacaq. Lakin bu azalmanı “Şahdəniz” yatağından kondensat hasilatı kompensasiya edəcək. Belə ki, gələn il bu yataqdan 5,5 milyon ton kondensat hasil ediləcəyi gözlənilir. Nəzərə alsaq ki, kondensat hasilatı OPEK+ çərçivəsində azaldılacaq həcmlərə daxil edilməyib, bu zaman Azərbaycanın gəlirlərinin heç də az olmayacağını söyləyə bilərik".

Ekspert hesab edir ki, Azərbaycan büdcəsində neftin qiymətinin 40 dollar hesablanması normaldır: “Gələn il üçün dünya analitik mərkəzləri neftin orta qiymətinin 47-49 dollar həddində olacağını proqnozlaşdırırlar. Hətta bəzi mənbələr artıq 51 dollardan danışırlar. Bu ilin yekununda isə orta qiymətin 42 dollar olması gözlənilir. Bu şəraitdə hökumətin hesablamaları neftin 40 dollarlıq qiyməti ilə aparması normaldır”.

İqtisadçı-ekpert Elman Sadipovun sözlərinə görə, neft bazarının 2021-ci ildəki vəziyyəti OPEK-in davranışlarından çox asılı olacaq: “Əgər kartel bazara daha çevik yanaşma sərgiləyərsə, bazarı müntəzəm nəzarətdə saxlamağa nail olarsa, onda 2021-ci ildə biz qiymətlərin kəskin azalmasını görməyəcəyik. Yəni OPEK 2020-ci ildəki səhvindən nəticə çıxarmaqla, bazarı nəzarətdə saxlamağı və lazım gəldikdə çevik müdaxiləni təşkil etməyi bacarmalıdır. Elə OPEK+ ölkələri nazirlərinin ayda bir dəfə görüşmək qərarı, hasilatın asta-asta artırılması qərarı kimi addımlar göstərir ki, kartel məhz bu dediyimiz yolla getmək niyyətindədir”.

Ekspert koronavirusun yeni mutasiyası və ABŞ-ın yeni rəhbərliyinin siyasətinin də bazara təsirsiz olmayacağı qənaətindədir: “Bayden alternativ enerji mənbələrinin inkişafına dair böyük və ambisiyalı planlar irəli sürməkdədir.Bu planların icrası, aydın məsələdir ki, neft bazarına da təsir göstərəcək. Düşünmürəm ki, Bayden dərhal İranla, Çinlə siyasətdə kəskin dönüş edə biləcək. Çünki ABŞ-da qərarla bir nəfərin iradəsi ilə qəbul olunmur, qəbul olunan qərarları da qısa müddətdə radikal dəyişmək mümkün deyil. Bütün bu proseslərin təsiri ilə gələn il neftin orta qiymətinin 40 dollardan aşağı olmayacağını söyləmək olar. İlin müəyyən dövründə qiymət bundan aşağı düşə bilər, amma bu, çox qısamüddətli dövrdə mümkündür. Ümumi orta qiymətin 45-50 dollar civarında olacağı fikrindəyəm. Düzdür, bəzi mənbələr 50-55 dollar da deyirlər, amma indiki halda bu, real görünmür. Bu baxımdan, Azərbaycan hökumətinin konservativ yanaşma ilə büdcədə qiyməti 40 dollar götürməsi normaldır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft - 30,8 dollar

    Neft - 30,8 dollar ...

    12-01-2016, 13:09

  • 
  • “Brent” neftinin qiyməti 60 dolları ötüb - YENİLƏNİB

    “Brent” neftinin qiyməti 60 dolları ötüb - ...

    9-01-2019, 21:10

  • 
  • Neftin qiyməti 11 illik minimuma endi

    Neftin qiyməti 11 illik minimuma endi ...

    21-12-2015, 14:10

  • 
  • Neftin qiyməti 45 dollara endi

    Neftin qiyməti 45 dollara endi ...

    30-11-2015, 18:21

  • 
  • Neft 50 dollara qədər bahalaşacaq

    Neft 50 dollara qədər bahalaşacaq ...

    14-01-2016, 21:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu