"Neft-kimya məhsullarının tədarük zəncirindəki fasilələr səbəbindən nafta tədarükündə problemlər olub və son aylarda naftanın qiyməti xeyli artıb".
GundemXeber.Az xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov “Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas xammalı nafta olduğu üçün marjalar üzərində ciddi təzyiq var idi: “Amma digər tərəfdən məhsullarımıza ehtiyac da artıb. Neftin qiyməti artdığından bizim xammal maddəmiz olan naftanın qiyməti də artmaqdadır və təzyiq göstərir. Bu səbəbdən neft-kimya fəaliyyətimiz üçün neftdə 50-60 ABŞ dolları arasında sağlam bir qiymət dəhlizi yarada bildik”.
Dünyada neft-kimya məhsullarına tələbatın hər il 3 % səviyyəsində artdığını xatırladan A. Məmmədov qeyd edib ki, pandemiya səbəbi ilə bu tələb daha da artıb: “Buna görə də neft-kimya sektorunda bir azalma gözləmirik, ancaq pandemiyada üçüncü dalğanın baş vermə ehtimalının neftayırma zavodları üçün böyük risk yaradacaq və marjalara böyük təzyiq göstərə biləcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?